Icma.az
close
up
RU
Psixoloq əvəzinə süni intellekt? O bunu edə bilmir...

Psixoloq əvəzinə süni intellekt? O bunu edə bilmir...

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Süni intellekt həyatımızın hər sahəsinə inteqrasiya olunduğu üçün psixi sağlamlıqda da müxtəlif üsullarla istifadə olunmağa başlayıb. 

Sfera.az xatırladır ki, bu barədə xarici mütəxəssislər bildirib. Onların fikrincə, düzgün istifadə edildikdə, “ChatGPT” təlimat verə, psixoloji şüur yarada və psixi sağlamlığı dəstəkləmək üçün bəzi praktik strategiyalar təklif edə bilər.

Bununla belə, ekspertlər süni intellektlə dəstəklənən bu cür vasitələrin terapiyanı əvəz edə bilməyəcəyini və mütəxəssis dəstəyinin vacib olduğunu xatırladır.

İnsanlar emosional dəstək üçün süni intellektə nə dərəcədə güvənə bilər? Süni intellektlə aparılan psixoloji dəstək gələcəkdə ənənəvi terapiyanı əvəz edə bilərmi?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil bu gün texnologiyanın həyatımızın bütün sahələrinə nüfuz etdiyini bildirib. 


Kouç qeyd edib ki, süni intellekt artıq təkcə texniki sahələrdə deyil, insanların ruh halına və psixi sağlamlıqlarına da təsir etməyə başlayır:

“Yeni dövr artıq insanları əvəz etmir, lakin onların köməkçilərinə çevrilir. Günümüzdə bəzi süni intellekt botları mövcuddur ki, burada istər psixologiya, istər kouçluq, istərsə də dünyanın müxtəlif sahələri üzrə suallar vermək və cavab almaq mümkündür. Lakin bu proses sadəcə sual-cavab səviyyəsində qala bilər. Araşdırmalar göstərir ki, bu botlardan istifadə edən şəxslərin 85%-i müəyyən suallarına cavab tapır. Lakin bu cavablar vəziyyəti dəyişmir. Çünki psixoloji dəstək, terapiya və ümumiyyətlə insanla baş verən psixoloji proseslər yalnız verilən suala cavab verməklə deyil, insanın yaşadığı vəziyyət, emosional durumu, bədən dili, daxili hissləri, qlobal vəziyyətlər və travmalarla dərin analiz tələb edir. Və süni intellekt hələlik bunu edə bilmir”.

Müsahibimiz süni intellektin yalnız verilən psixoloji hər hansı sualı analiz edib analitik cavab verdiyini deyib. 

O bildirib ki, yəni bir professional terapevtin baxdığı çoxşaxəli prizmadan deyil, məhdud bir aspektdən yanaşır:

“Məsələn, siz özünüzü “qurban” kimi hiss etdiyinizi söyləyirsinizsə və soruşursunuz ki, bu vəziyyətdə mənə nə tövsiyə edə bilərsiniz? Süni intellekt sizə “qurbanlıq sindromu” barədə məlumat verə bilər. Amma bu iki gündə siz həqiqətən qurbanmı olmusunuz, ya yox, bəlkə bu hissin arxasında aqressiya, manipulyasiya və ya travma dayanır. Bunu süni intellekt ayırd edə bilməz. Lakin ilkin mərhələdə, nəzəri bilgilər üzərindən süni intellekt kifayət qədər faydalı ola bilər. Bu isə süni intellektin terapiyanı tamamilə əvəz etməyəcəyinə gətirib çıxarır. Çünki süni intellekt inkişaf etsə də, o hələ insanın hiss sisteminə təsir etmir. Əgər bir gün süni intellekt insanın hiss sisteminə qoşulma imkanı əldə etsə bu gün biz bunlara “açıq sistemlər” deyirik o zaman psixoterapiyada da yardımçı vasitə kimi istifadə oluna bilər”.

Bəs niyə süni intellekt əsl terapevti əvəz edə bilmir? 

İ.Adilin fikrincə, çünki burada bədən dili, səs tonu, kontekstual anlama, emosional rezonans kimi amillər var:

“Süni intellekt bunları tam şəkildə anlaya bilmir. Digər tərəfdən isə, burada etik və məsuliyyət məsələləri də mövcuddur. Peşəkar psixoloqla işləmək daha təhlükəsiz və etibarlıdır. Süni intellekt terapiyada tamamlayıcı rol oynaya bilər. Psixoloji maarifləndirmə, psixoloji müdafiə mexanizmlərinin izahı və terapiya sessiyaları arasındakı dövrlərdə istifadə üçün faydalıdır. Hətta rusdilli mütəxəssislərin az olduğu bölgələrdə ilkin psixoloji yardım vasitəsi kimi də tətbiq edilə bilər”.


Onun sözlərinə görə, gələcəkdə süni intellektin əvəz edə bilməyəcəyi 5 əsas peşə qalacaq və bunlardan biri də psixoterapiyadır:

“Psixoterapiya xüsusilə ona görə tam əvəzolunmazdır ki, terapevt qarşısındakı insanın bədən dili, gözləri, səsi və hisslərini analiz edərək, o anın vəziyyətinə uyğun doğru suallar verməyi və prosesi dərinləşdirməyi bacarır. Bu isə yalnız insan empatiyası və hiss sistemi ilə mümkündür. Bu səbəbdən psixoterapiya sahəsi süni intellekt tərəfindən tam əvəz olunmayacaq sahələrdən biri olaraq qalacaq. Süni intellekt psixoloji dəstəyi əlçatan və interaktiv edə bilər. Lakin bu texnologiya yaxın gələcəkdə tam psixoterapiya əvəzinə keçə bilməyəcək. Ən yaxşı nəticə hər iki yanaşmanın həm süni intellektin, həm də peşəkar terapevtin birlikdə istifadəsi ilə əldə edilə bilər. Belə ki, insan ilkin mərhələlərdə süni intellekt vasitəsilə psixoloji vəziyyətini anlamağa çalışa bilər, lakin daha sonra ehtiyac olduqda düzgün şəkildə ixtisaslaşmış bir mütəxəssisə müraciət etməsi daha məqsədəuyğundur”.

Fidan Hacızadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri