Icma.az
close
up
RU
Psixoloq: “Süni intellekt insanlara zərər verəcək”

Psixoloq: “Süni intellekt insanlara zərər verəcək”

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Son zamanlar bir çox insan gündəlik sıxıntılarını aradan qaldırmaq üçün, hər hansı bir probleminin həllində alternativ məsləhətlər almaq üçün süni intellektə müraciət edir. Bu vəziyyət mühüm bir sual meydana çıxarır: "Süni intellekt peşəkar bir terapiyanı əvəz edə bilərmi?" Mütəxəssislərin dəqiq cavabı belədir: “Qətiyyən yox!”.

Süni intellektə psioxoloji vəziyyəti ilə bağlı informasiya yazıb ondan terapiya dəstəyi tələb edən insanların sayının gündən-günə artması ilə bağlı türkiyəli psixoloq Fatma Qayım narahatlıqlarını dilə gətirib. O deyir ki, peşəkar terapiya insana özünü ifadə edə biləcəyi təhlükəsiz məkan yaradır, lakin süni intellekdən mədət umanlar onun verə biləcəyi zərərləri anlamır.

Psixoloq bildirib ki, texnologiyanın son kəşfinin verdiyi səthi təkliflər insanlar tərəfindən ciddi qəbul edilir. Psixoloji problemi olan insanların süni intellektə müraciət etməsinin təhlükəli nəticələrə səbəb ola biləcəyini bildirən mütəxəs, "Süni intellekt bir anlıq rahatlama təmin edə bilsə də, heç vaxt həqiqi terapiyanın yerini tuta bilməz. Psixoloji olaraq sağlamlıq problemləri olan insanlar müalicə üçün mütləq peşəkar dəstək axtarmalıdır" deyib.

Psixoloqun sözlərinə görə süni intellekt xüsusilə insan psixologiyasının mürəkkəb vəziyyətlərində qeyri-adekvatdır: “O canlı deyil, peşəkar deyil və sizi şəxsən müayinə edə bilməz. Bundan əlavə, əgər bir insanın ciddi psixoloji narahatlığı varsa süni intellektdən aldığı səthi təkliflər mütəxəssis nəzarəti olmadan tətbiq edildikdə ciddi mənfi nəticələrə səbəb ola bilər. Nəticə olaraq, pasiyent zərər görə bilər. Günü süni intellektlə açıb, onunla bitirən insanlar var ki, onun verdiyi məsləhətlərlə addım atır. Bu artıq psixoloji problemdir, süni intellektin verdiyi məsləhətlər o insanlarda dərhal rahatlama təmin edə bilsə də, canlı və peşəkar terapiyanı əvəz edə bilməz. Psixi sağlamlıq problemləri olan insanlar mütləq peşəkar dəstək almalıdırlar. Unutmayın, süni intellekt həkim deyil, canlı deyil, o sadəcə məlumatlar toplusudur”.

İnsanlar əsasən əlçatanlığına görə süni intellektdən psixoloji yardım istəyir. Çünki o ödənişsiz məsləhət verir, onun qəbulu asandır. Psixoloqa getmək istəməyən və ya bunun üçün maddi imkanı olmayan insanlar üçün süni intellekt ilkin dəstək ola bilər. Bəzi hallarda insanlar öz problemini canlı ifadə edə bilməməkdən qorxur, bəzən stiqmadan, qınaqdan çəkinirlər. Süni intellekt canlı deyil, insan deyil, stiqma göstərmir və bu insanlar üçün ideal həmsöhbət hesab edilir.

Dünya mətbuatından müxtəlif məqalələrə nəzər saldıqda görmək olur ki, hər gün dünyada milyonlarla insan süni intellektdən sosial-psixoloji vəziyyətinə görə məsləhət istəyir. Emosional vəziyyətlərdə onunla söhbət etmək istəyən, dərdini bölüşən, probleminin həllində alternativ fikirlərini soruşan milyonlarla insan var. Süni intellekt vəziyyətdən çıxış üçün sadə məsləhətlər verə, stress anında sizi rahatlada bilər, lap stresslə mübarizə üsulları, nəfəs məşqləri, özünü sakitləşdirmə texnikaları da təklif edə bilər. Bir sözlə, süni intellekt insanların həyatında əhəmiyyətli yerə sahibdir. Bu isə zamanla sosiallaşmanın azalmasına, özünəqapanmaya və ünsiyyətsizliyə gətirib çıxaracaq.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri