Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Psixoloq: Uşaqların düşüncə faizinin çox hissəsini sosial media formalaşdırır

Psixoloq: Uşaqların düşüncə faizinin çox hissəsini sosial media formalaşdırır

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lakin bir kitabın verdiyi dərin biliyi heç bir sosial media əvəz edə bilməz


Bu gün görüntülü və səsli media, yayımlar uşaqlar üçün həddən artıq informasiya bolluğu yaradır və təəssüf ki, uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar.

Bunu Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun Baş katibi Deniz Güçer Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısında çıxışında deyib.

Baş katib qeyd edib ki, başqa bir problem də uşaqların sosial mediada necə təqdim edilib, necə göstərilməsidir.

"Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq bizim ümumi problemimizdir. Bu forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanları olaraq qarşılaşdığımız problemlər və təcrübələrimizdən danışacaq, ortaq həll yolları axtaracağıq", o bildirib.

Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, sosial medianın müsbət tərəfini var mı? sualına cavab tapmalıyıq:  


“Yeni- yeni sosial media hesabları yarandıqda təbii ki, hamıya maraqlı gəlirdi. Hətta doğru- dürüst istifadə qaydalarını da bilən çox deyildi. Amma bu gün sosial media artıq  bir reklam mənbəyinə çevrilib. Alış- satışdan tutmuş, xəbər portalları daxil olmaqla, məşhurların həyatı, həkim və kosmetoloqların və sairə bitib- tükənməyən böyük bir reklam şirkətinə bənzəyir. Eyni zamanda bu şirkət insanları idarə etməkdən əlavə, həm də kütləyə dərin təsir etmək gücünə də sahibdir. Bu gün sosial media üzərindən yayılan müxtəlif informasiyaların doğruluğuna nə dərəcədə əmin olmaq olar?  Əvvəllər uşağın tərbiyəsində, inkişafında ailə ilk sırada dururdusa, bu gün  o yeri sosial media tutur.  Hər bir uşağın əlində mobil telefon varsa, demək ki, onun düşüncə faizinin çox hissəsini sosial media formalaşdırır. Sosial medianın müsbət cəhəti, cəmiyyətdə baş verən hər hansısa problemə kütləvi şəkildə reaksiya bildirmək, yaxud olsa-olsa alış veriş, gündəlik məişət məsələləri ilə bağlı işimizi yüngülləşdirməsidir. Amma qalan halda hədsiz lazımsız  informasiya çoxluğu və izlənilən, dinlənilən hər şeyin şüurumuzun altında kök salması, zamanla həyatımıza, davranışımıza təsiri ilə nəticələnir. Kitab məsələsinə gəlincə, bir kitabın verdiyi dərin biliyi heç bir sosial media əvəz edə bilməz. Hətta yeni yaradılmış Chatgpt proqramına nəzər salsaq, ona yönləndirilən suallara şablon söz yığımından ibarət cavablar verdiyini görərik. Sosial medianın mənfi tərəfləri  düşünürəm ki, daha çoxdur. Çünki psixoloji manupilyativ təsir etmə və idarə etmək gücünə sahibdir ki, yaranmasına səbəb də onsuzda  budur. Sadəcə zamanla valideynlərin daha bilikli, diqqətli olması vacibdir  ki, övladını sosial qumar oyunlarından, cisni asılılıqlardan və azlıqlardan, hətta  suisidlə bağlı oyunlardan uzaq tutmaq üçün, doğru tərbiyə aşılamağı bacarmaq özü də getdikcə çətinləşir. Buna görə həm atalar, həm də analar hələ valideyn olmadan öncə, yaxud hamiləlik mərhələsində özünü inkişaf etdirməklə məşqul olmalıdır. Axı hər bir uşaq, bir az da ailənin güzgüsüdür. Önəmli olan sağlam təməl tərbiyədir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri