Icma.az
close
up
RU
Uşaqlara qarşı bu rəftar etiraz yaratdı: İşgəncəyə bərabər davranış Psixoloqdan xəbərdarlıq

Uşaqlara qarşı bu rəftar etiraz yaratdı: İşgəncəyə bərabər davranış Psixoloqdan xəbərdarlıq

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Son zamanlar sosial şəbəkələrdə uşaqlarla bağlı yumor məqsədli videolar sürətlə yayılır. Ata-analar, nənə-babalar körpələrin hərəkətlərini gülməli təqdim etmək, onları izləyicilərə maraqlı göstərmək üçün çəkib paylaşırlar. İlk baxışdan əyləncəli görünsə də, bu tendensiya birmənalı qarşılanmır. 1-2 yaşlı körpələrin əllərinə arxadan qandallanmış kimi göstərib, fonda səs paylaşaraq onu oğurluq etmiş cinayətkar kimi təqdim edirlər.

Uşaqların məxfilik və psixoloji rahatlığı bahasına ailəvi “yumor” normal sayılmalıdırmı?

Globalinfo.az-a danışan psixoloq Aytac Nağılı deyib ki, uşaqlar kiçik yaşlarından etibarən yaşadıqları hadisələri unutmurlar.

Onun sözlərinə görə, valideynlər çox zaman “balacadır, yadında qalmaz” deyər və ya gülüb keçərlər:

“Halbuki uşaq dünyaya gəldiyi andan etibarən hər şeyi yaddaşına yazır və şəxsiyyətinin təməlini həmin illərdə atır. İnsan həyata güvən ehtiyacı ilə başlayır. Bu güvəni isə ilk növbədə valideynlərindən və ona baxım verən şəxslərdən öyrənir. Ananın uşağın altını dəyişməsi, qidalandırması, göz kontaktı qurması, sevgi ilə qucaqlaması – bunların hamısı körpənin həyata tutunması üçün əsas siqnallardır”.

Müsahibimiz vurğulayıb ki, əgər valideyn övladına hər dəfə əsəbi, etinasız və ya lağla yanaşırsa, uşağın təməl güvən hissi zədələnə bilər:

Aytac Nağılı

“Sosial şəbəkələrdə paylaşdığımız zarafat məqsədli videolara da bu prizmadan baxmaq lazımdır. Biz böyüklərə sadə görünən bir ifadə və ya zarafat, uşağın şüuraltısında dərin iz buraxa bilər. Çünki insanın yaddaşı yalnız şüurlu səviyyədə deyil, həm də şüursuz səviyyədə işləyir. Məşhur psixoanalitik Freydin dediyi kimi, bizim şüurumuz aysberqin görünən tərəfidir, amma görünməyən hissə – uşaqlıqdan toplanan təcrübələr insanın davranışlarını illərlə formalaşdırır”.

Aytac Nağılı deyib ki, bəzən böyüklər “bir dəfəylə heç nə olmaz” və ya “uşaq nə anlayacaq ki” düşüncəsinə qapılır:

“Amma uşaqlar dünyanı böyüklər kimi qəbul etmirlər. Onların senzurası yoxdur, hər toxunuş, hər söz, hər zarafat gələcək şəxsiyyətlərinə təsir göstərir”.

Psixoloq sonda valideynlərə müraciət edib:

“Əziz valideynlər, övladlarınıza davranarkən unutmayın: sizin üçün kiçik görünən bir zarafat, uşağın yaddaşında böyük bir iz buraxa bilər. Bədən heç vaxt unutmur, uşaqlarınızın gələcək kimliyi, bu gün onlara göstərdiyiniz münasibətlərin güzgüsüdür”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri