PSJ Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fransanın PSJ klubu "Barselona"nın (İspaniya) 18 yaşlı futbolçusu Lamin Yamalı rekord məbləğ qarşılığında transfer etmək istəyir.
Moderator.az "Goal"a istinadən xəbər verir ki, Paris təmsilçisi gənc futbolçu üçün 277 milyon dollar ödəməyə hazırdır.
Yamalın Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilə qədərdir və anlaşmasında 1 milyard dollar məbləğində sərbəst qalma bəndi var. Buna baxmayaraq Fransa təmsilçisi İspaniya klubunun üzvü ilə ciddi şəkildə maraqlanır.
PSJ nümayəndələri-nin artıq danışıqlara başladıqları, hələlik rəsmi təklif irəli sürmədikləri bildirilir.
Qeyd edək ki, L.Yamal cari mövsümdə "Barselona"nın heyətində keçirdiyi 5 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 18 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















