PSJ nin baş məşqçisi Premyer Liqa yolunda
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
PSJ-nin baş məşqçisi Luis Enrike İngiltərə Premyer Liqasının nəhəngi "Mançester Yunayted"in diqqət mərkəzinə düşüb.
QOL.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, Enrike "qırmızı şeytanlar"ın qısaldılmış siyahısında ən yuxarı pillələrdən birində qərarlaşıb. Bildirilir ki, hazırda komandaya müvəqqəti rəhbərlik edən Maykl Kerriki əvəzləmək üçün mütəxəssis axtarışında olan Mançester təmsilçisi yayda qəti qərarını verəcək.
Lakin 55 yaşlı mütəxəssisin bu yay Paris klubunu tərk etməyə hazır olub-olmaması isə sual altındadır. Qeyd olunur ki, PSJ-nin cari mövsüm Çempionlar Liqasında qazanacağı mümkün qələbə vəziyyəti tamamilə dəyişə bilər.
Xatırladaq ki, Maykl Kerrik yanvar ayında "Mançester Yunayted"in müvəqqəti baş məşqçisi təyin edilib. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində üçüncü pillədə yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 19 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















