PSJdən Salah açıqlaması
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi "Liverpul"un futbolçusu Məhəmməd Salahı transfer etmək istədikləri haqda yayılan məlumatlara münasibət bildirib.
QOL.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, 32 yaşlı hücumçu ilə danışıqlar aparmadıqlarını deyib:
“Mən Salahı həm də buna görə sevirəm ki, o, coğrafi olaraq bizim bölgədəndir. Düzünü desəm, "Liverpul" üçün etdikləri baxımından Salahla fəxr edirəm. Salaha və "Liverpul"a böyük hörmətim var. Buna görə də biz onunla heç vaxt danışıqlar aparmamışıq”.
Qeyd edək ki, bundan əvvəl mətbuatda PSJ-nin Salaha ildə təxminən 40 milyon avro maaş ödəməyə hazır olduğu barədə məlumatlar yayılmışdı. Bu məbləğ, eləcə də bonuslar sayəsində misirli futbolçu planetin ən yüksək maaş alan oyunçularından birinə, Avropanın isə ən çox məvacibli futbolçusuna çevrilə bilərdi.
Baxış sayı:84
Bu xəbər 06 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















