Icma.az
close
up
RU
Pulla bağlı yanlış düşüncələr Qazancı düzgün idarə etməyin 6 üsulu

Pulla bağlı yanlış düşüncələr Qazancı düzgün idarə etməyin 6 üsulu

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Gəliri düzgün idarə etmək pulu qazanmaqdan daha çətindir. Büdcənin ən böyük gəliri düzgün xərclərdən yaranır.

Qazancı düzgün idarə etmək, gəlirlərinizi (maaş, biznes gəliri və digər mənbələrdən gələn pul) və xərclərinizi mütəmadi olaraq izləmək, səmərəli şəkildə idarə etmək və maliyyə məqsədlərinizə çatmaq üçün düzgün qərarlar vermək deməkdir. Bu, yalnız pul qazanmaq deyil, həm də onu necə düzgün və savadlı istifadə etmək, qorumaq və artırmaqla əlaqəlidir. Qazancı düzgün idarə etmək, maliyyə sabitliyi və rifah yaratmağa kömək edir və gələcəkdə qarşılaşacağınız maliyyə çətinliklərinə hazırlıq təmin edir.

Qazancınızı idarə etmək, maliyyə sağlamlığınızı qorumaq və gələcəyinizi təmin etmək üçün çox vacibdir. 

Bunun üçün bəzi əsas addımlar var:

Büdcə dəftəri yaratmaq: Əvvəlcə gəlirlərinizi və xərclərinizi aydın şəkildə yazacaq dəftəriniz olacaq. Hər ay nə qədər gəlir əldə edirsiniz və bu gəlirin hansı xərclərə sərf edirsinizsə, hamısı bu dəftərə yazılmalıdır. Bu, pulunuzu nəzarət altında saxlamağa və daha sonra lazım olmayan xərclərinizi də müəyyən etməyə kömək edəcək.

Gəlirləri artırmaq: Qazancınızı artırmaq üçün işinizdə irəliləyiş etmək, əlavə iş imkanları tapmaq və ya yeni iş sahələrini araşdırmaq faydalı ola bilər. Eyni zamanda, tərəfdaşlıqlar və sərmayələr də qazancınızı artırmağa kömək edə bilər.

Lazım olmayan xərcləri azaltmaq: Ehtiyac olmayan xərclərdən qaçın. Həddindən artıq impulsiv şəkildə alış-veriş etmək və ya lüks mallara pul xərcləmək yerinə, yalnız vacib və ehtiyac duyduğunuz şeylərə pul xərcləyin. Bu, daha çox qənaət etməyinizə kömək edəcək.

Təhlükəsizlik yastığı qurmaq: Bəzilərimiz üçün bu yeni bir termin olsa da, insanda güvən yaradacaq ən güclü alətlərdən biridir. Ən az 3-6 aylıq yaşam xərclərini əhatə edən bir qənaət fondu yaratmaq vacibdir. Bu, hər hansı bir təcili vəziyyətdə maliyyə çətinliklərindən qaçmağa kömək edəcək.

Sərmayə qoymaq: Qazancınızı sərmayə qoyaraq artırmaq da yaxşı bir seçimdir. Sərmayə qoyma yolları arasında səhmlər, istiqrazlar, daşınmaz əmlak və digər investisiya vasitələri mövcuddur. Burada məqsədiniz gələcəkdəki qazancınızı artırmaqdır.

Maliyyə məqsədləri təyin etmək: Qısa, orta və uzun müddətli maliyyə məqsədləri təyin edin. Bu məqsədlər sizi daha disiplinli və fokuslanmış hala gətirəcək. Bu məqsədlərə çatmaq üçün konkret addımlar siyahısını tərtib edin.

Eyni zamanda qazancı düzgün idarə edə bilməməyin bir çox müxtəlif psixoloji səbəbləri də mövcuddur. Bu səbəblərə qıtlıq düşüncəsi, puldan qorxu, “Pul heç vaxt kifayət etməyəcək” və ya “Pul tapmaq çox çətindir” kimi pul ilə bağlı neqativ düşüncə tərzi, təsadüfi alış-veriş və impulsiv xərcləmə və s. aid etmək olar.

Uşaqlıq dövründə pul mövzusunda mənfi təcrübələr (məsələn, ailədə pul çatışmazlığı, borc problemi və ya davamlı maliyyə gərginliyi) insanın gələcəkdə maliyyə idarəçiliyinə güclü təsir göstərir. Bu tip təcrübələrdən sonra şəxslər puldan qorxa bilər və ya onu itirməkdən çəkinə bilərlər. Həmçinin, pul idarəçiliyi ilə bağlı yanlış inanc və anlayışlar formalaşa bilər. Məsələn, "pul heç vaxt çatmır" kimi düşüncələr, şəxsin lazımsız və impulsiv alış-veriş etməsinə səbəb ola bilər. Uşaqlar ailə üzvlərinin pulla bağlı necə davrandığını müşahidə edirlər. Əgər valideynlər pul idarəçiliyini düzgün etmirsə, bu, uşağın gələcəkdəki maliyyə idarəçiliyinə də mənfi təsir göstərə bilər.

Eyni zamanda cəmiyyətin və sosial mühitin maddi uğuru və var-dövləti təbliğ etməsi, insanların öz maliyyə vəziyyətlərinə qarşı təzyiq hiss etmələrinə səbəb ola bilir. Sosial media, reklamlardan və sosial normativlərdən təsirlənərək, insanlar çox vaxt heç ehtiyacı olmadığı halda pul xərcləyir və ya borca girirlər. Sosial təzyiqlərlə əlaqədar olaraq, insanların var-dövlətlərini göstərmək istəyində olmaları, onların maliyyə idarəçiliyi məsələlərində səhv etmələrinə yol açır.

Nəticə olaraq, qazancı düzgün idarə etmək, gəlirlərinizə və xərclərinizə nəzarət etmək, məqsədlərinizə doğru planlı şəkildə irəliləmək, öz davranışlarımızı və düşüncələrimizi dəyişdirmək, borcları minimuma endirmək, qənaət etmək və sərmayə qoymaqdan ibarətdir. Bu, yalnız maliyyə vəziyyətinizi yaxşılaşdırmağa deyil, həm də şəxsi və ailəvi maliyyə sabitliyinizi təmin etməyə kömək edir. Albert Einstein demişkən - "Qazancınızın dəyəri yalnız nə qədər qazandığınızla deyil, necə idarə etdiyinizlə də ölçülür".
İlahə Adil
Şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri