Pulsuz metro tıxacları azaldacaq? Metropoliten sözçüsü danışdı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur.
"AzPolitika" xəbər verir ki,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə əlaqədardır:
"Səhər saatlarından etibarən "Avtovağzal" və "Xocəsən" stansiyalarına girişin ödənişsiz təşkili sərnişinlərin hərəkət rahatlığının artırılmasına və müxtəlif istiqamətlər üzrə sərnişin axınının daha optimal bölüşdürülməsinə xidmət edir.
Paytaxta sərnişin axınının əsas istiqamətlərindən biri Sumqayıt-Xırdalan xətti, eləcə də Şamaxı-Bakı yolu olduğundan bu ərazilərdən şəhər mərkəzinə daxil olan sərnişinlərin bir hissəsinin metrodan istifadəyə yönəldilməsi "20 Yanvar" stansiyası və Moskva prospekti ətrafında nəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərə bilər".
B.Məmmədovun sözlərinə görə, yerüstü nəqliyyatda sıxlıq müşahidə olunduğu halda metronun bəzi xətlərində sərnişin axını əvvəlki dövrlə müqayisədə azalıb. Hazırda "yaşıl xətt" üzrə sərnişin sayında 50 faizdən çox, "bənövşəyi"də isə 35-40 faiz arasında azalma qeydə alınır:
"Bu baxımdan sərnişin axınlarının yerüstü nəqliyyatdan metroya yönləndirilməsi mövcud disbalansın aradan qaldırılmasına müsbət təsir göstərə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:220
Bu xəbər 23 Sentyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















