Icma.az
close
up
RU
Pulun xoşbəxtlik gətirmədiyi və qəribə idarə olunan ölkə Butan Krallığı haqqında bilmədikləriniz VİDEO

Pulun xoşbəxtlik gətirmədiyi və qəribə idarə olunan ölkə Butan Krallığı haqqında bilmədikləriniz VİDEO

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Himalay dağlarının qoynunda yerləşən, Cənubi Asiyanın kiçik, lakin fərqli ölkələrindən biridir. Əhalisi təxminən 800 min nəfərdir.

Burada uğur pul və ya sənaye ilə deyil, xoşbəxtliklə ölçülür. 1970-ci illərdən başlayaraq Butan hökuməti “Milli Xoşbəxtlik İndeksi”ni tətbiq edib. Bu anlayış təkcə rifah deyil, insanın mənəviyyatı, psixoloji durumu, təbiətlə harmoniyası və cəmiyyətə bağlılığı kimi göstəricilərlə ölçülür. Hər il ölkədə bu sahələrlə bağlı sosioloji sorğular keçirilir, nəticələrə əsasən dövlət siyasəti formalaşdırılır. Məsələn, əgər insanlar stres yaşadığını bildirirsə, hökumət dərhal iş saatlarını azaldır və ya meditasiya proqramları təklif edir.

Butan 2011-ci ildə BMT-yə xoşbəxtliyin də qlobal inkişaf göstəricisi kimi qəbul olunması üçün rəsmi təklif göndərən ilk ölkə olub. Bu təklif sonradan BMT-nin “xoşbəxtlik günü” elan etməsi ilə nəticələndi.

Televiziya və internet ölkədə yalnız 1999-cu ildə leqallaşdırılıb. Rəqəmsal mühitə daxil olmaqda bu qədər gecikmələri, onların ifadəsi ilə desək, “zehni sakitliyi qorumaq üçün düşünülmüş addım” olub.

Türistlər Butana səfər etmək üçün gündəlik 100 ABŞ dolları rüsum ödəyirlər. Bu rüsumun müəyyən hissəsi təhsil, səhiyyə və ətraf mühitin qorunmasına yönəldilir. Uşaqlar və regional turistlər üçün güzəştlər də nəzərdə tutulub.

Ərazi baxımından kiçik olsa da, ölkənin 70%-dən çoxu meşələrlə örtülüdür və bu nisbətin qanunla qorunması tələb olunur. Ətraf mühitə o qədər ciddi yanaşırlar ki, Butan dünyada karbon izi mənfi olan yeganə ölkədir.

Şəhərlərdə reklam lövhələri yoxdur. Hətta bəzi rayonlarda plastik torbalar da qadağandır. Yol infrastrukturu zəifdir, amma Butanlılar bunu problem saymır – tələsmək onların fəlsəfəsinə ziddir.

Cinayət səviyyəsi son dərəcə aşağıdır. Küçələrdə silahlı polis və əsgər nadir hallarda görünür. Bəzi bölgələrdə buddist rahiblər məktəblərdə dərs deyir, dövlət isə bu dini-mənəvi harmoniyanı saxlamaq üçün təhsil proqramlarını uyğunlaşdırır.

Ölkə konstitusiyalı monarxiya ilə idarə olunur. Hazırkı kral Xesar Namqyel Vanqçuk xalq arasında çox populyardır. O, tez-tez sadə geyimdə küçələrdə görünür və insanlar onu “xalqın kralı” adlandırır.

Butan haqqında suallar çoxdur: bu ölkə geridə qalıbmı, yoxsa sadəcə öz yolunu gedir? Bu sükut sakitliyin göstəricisidirmi, yoxsa qapalılığın? Bu qəribə model davamlı olacaqmı? Yoxsa bütün dünya səhv yoldadır?

Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri