Putin 2024cü ili dəyərləndirdi: Ukraynada məqsədimizə çatırıq
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya prezidenti Vladimir Putinin ənənəvi olaraq hər il keçirilən və televiziyada yayımlanan illik mətbuat konfransı başlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Putin Ukraynada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişdiyini ifadə edərək, “Biz əsas hədəflərimizə doğru irəliləyirik” deyib.
Kameralara tuş gələn Putin Kurskda qarşıdurmaların davam etdiyini də bildirib.
Ukraynada üçüncü ilinin sonuna yaxınlaşan müharibədən danışan Putin vəziyyətin xeyli dəyişdiyini qeyd edib.
Prioritet müharibə məqsədlərinə çatmaq yolunda olduqlarını bildirən Rusiya lideri Kursk vilayətinin nə vaxt geri alınacağı ilə bağlı sualı belə cavablandırıb:
“Konkret tarix deyə bilmərəm, orada uşaqlar döyüşür. Amma biz Kursk şəhərini mütləq azad edəcəyik.”
Putin Rusiya qüvvələrinin cəbhə boyu irəlilədiyini də bəyan edib.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 19 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















