Icma.az
close
up
RU
Putin artıq Zelenskini siyasi lider kimi qəbul edir SƏBƏB

Putin artıq Zelenskini siyasi lider kimi qəbul edir SƏBƏB

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Bu gün Rusiya və Ukrayna arasında davam edən hərbi qarşıdurma “nəticəsiz çevrə” vəziyyətinə gəlib çatıb. Bunun da əsas səbəbi budur ki, faktiki olaraq heç bir tərəf – nə Rusiya, nə də Ukrayna – qarşı tərəf üzərində ciddi qələbə əldə edərək əraziləri işğal edə və ya işğaldan azad edə bilmir. Beləliklə, bu münaqişə bir növ eyni yerdə addımlamaqla, yalnız mövqelərin qorunması naminə davam edən müharibə xarakteri alır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev səsləndirdi.

Onun sözlərinə görə, cəbhədəki hazırkı vəziyyəti Birinci Dünya müharibəsi dövründə, 1916-cı ilin iyul–noyabr ayları arasında baş vermiş Somma döyüşləri ilə müqayisə etmək olar:

"Həmin döyüşlərdə bir tərəfdən Böyük Britaniya və Fransa qoşunları, digər tərəfdən isə Almaniya İmperiyası iştirak edirdi. Bir milyondan çox itkinin verildiyi Somma döyüşlərində cəmi bir neçə kilometrlik ərazi üzrə irəliləyiş əldə olunub, bir milyondan çox insan itkisinin qarşılığında ciddi bir irəliləyiş əldə olunmamışdı. Eynilə də Rusiya-Ukrayna müharibəsində də uzun müddətdir ki, tərəflərdən heç biri digəri üzərində əsaslı nailiyyət əldə edə bilmir".

Müsahibimizin fikrincə, Rusiyada da yaxşı anlayırlar ki, müharibənin bu tempdə davam etməsi və cəbhədə atəşkəsin əldə olunmaması hər gün itkilərin artmasına, eləcə də dövlətin üzərinə yeni sosial öhdəliklərin düşməsinə səbəb olur. Politoloq qeyd etdi ki, bu müharibədən qayıdan insanlar, veteranlar, qazilər, yaxınlarını itirən şəxslər var və onların reabilitasiyası, sosial müdafiəsi dövlətin üzərinə düşən mühüm vəzifələrdəndir:

"Bu da onu göstərir ki, müharibə bitsə belə, onun nəticələrindən zərər çəkmiş insanların, o cümlədən ərazilərin bərpasına yönəlmiş sosial proqramlar uzun illər ərzində böyük maliyyə vəsaiti tələb edəcək. Müharibənin davam etməsi isə bu yükü günbəgün daha da artırır. Belə bir vəziyyətdə tərəflərin siyasətə və diplomatiyaya keçid etməsi qaçınılmaz reallıq idi. Rusiyanın Ukrayna rəhbərliyinə qarşı sərt mövqeyi İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə həsr olunmuş 9 May paradından dərhal sonra əsaslı şəkildə dəyişdi. Belə ki, paraddan sonra Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə şəxsi görüş keçirməyə hazır olduğunu bildirdi. Bu məqam xüsusilə diqqətəlayiqdir, çünki Ukrayna rəhbərliyi ilə bağlı “cənab Zelenski” ifadəsinin işlədilməsi Putinin artıq Zelenskini siyasi lider kimi qəbul etdiyini göstərən bir faktdır. Xatırladım ki, 2022-ci ildə o, Ukrayna rəhbərliyi haqqında danışarkən daha sərt və təhqiramiz ifadələr işlədirdi. Bu gün isə vəziyyət tamamilə başqadır. Rusiya tərəfindən atılmış diplomatik addım Ukrayna tərəfindən də müsbət qarşılandı. Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə açıq məktubla ünvanladı. Ukrayna lideri bu məktubunda tərəflər arasında görüşün keçirilməsinə razılıq verdiyini bəyan edib və bu görüşün neytral ölkədə baş tuta biləcəyini qeyd edib".

Ü.Mustafayev bildirdi ki, Rusiya-Ukrayna liderlərinin görüş yeri kimi İsveçrə, Türkiyə və bəzi ərəb ölkələrinin adları hallandırılır:

"Məktubda eyni zamanda, tərəflər arasında “hamının hamıya” prinsipi əsasında əsir mübadiləsinin aparılması məsələsi də gündəmə gətirilib. Eləcədə danışıqlar müddətində tam atəşkəsin elan olunması çağırışı da qeyd olunmuşdur. Düşünürəm ki, mövcud geosiyasi və hərbi reallıqlar, habelə müharibənin hər gün artmaqda olan ağır fəsadları Rusiyanın Ukrayna ilə bağlı mövqeyinə əsaslı təsir göstərir. Məhz buna görə də Putin diplomatik kanallara daha çox önəm verməyə başlayıb. Zelenskinin də buna adekvat cavab verdiyini nəzərə alsaq, Rusiyanın növbəti addımının da müsbət ola biləcəyini ehtimal etmək mümkündür. Burada söhbət dərhal sülh müqaviləsinin imzalanmasından və ya böyük siyasi nəticələrin əldə olunmasından getmir. Lakin ən azı atəşkəsin əldə olunması bu gün hər iki tərəf üçün ən əlverişli variantlardan biri hesab edilə bilər. Bu vəziyyəti müəyyən mənada Azərbaycan və Ermənistan arasında Birinci Qarabağ müharibəsindən sonra əldə olunmuş atəşkəs vəziyyəti ilə müqayisə etmək olar. Həmin atəşkəs tərəflərə müəyyən sabitlik və özlərini bərpa etmək imkanı vermişdi. Bu gün də oxşar bir atəşkəs həm Rusiya, həm də Ukrayna üçün vacib görünür. Ərazilərin statusu və müharibə nəticəsində nəzarətə götürülmüş torpaqların gələcək taleyi isə, ehtimal ki, ilk görüşlərin əsas mövzusu olmayacaq. Bu məsələlərin daha sonrakı mərhələlərdə müzakirə olunması mümkündür. Bugünkü gün üçün ən aktual məsələ müharibənin dayandırılmasıdır. Həm Ukrayna, həm də Rusiya böyük itkilərlə üzləşib. Tərəflərdən heç biri həlledici nəticə əldə edə bilmir. Məhz bütün bu arqumentləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, tərəflər arasında dialoqun başlanması ehtimalı çox yüksəkdir və yaxın perspektivdə atəşkəs istiqamətində müəyyən addımların atılması mümkündür".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2026 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri