Icma.az
close
up
RU
Putin atəşkəsi silahlandıracaq..?

Putin atəşkəsi silahlandıracaq..?

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Davamlı sülh yalnız Moskvanın Ukraynaya qarşı iddialarından imtina etməsindən sonra mümkündür...

...Ukraynada mümkün atəşkəs mütləq müharibənin sonu demək deyil. Əksinə, Kreml atəşkəsdən hərbi cəhətdən əldə edə bilmədiyi siyasi məqsədlərə çatmaq üçün bir vasitə kimi istifadə edə bilər.

SİA xəbər verir ki, bu, "Foreign Affairs" jurnalının müəlliflərinin 2014-2015-ci illər Minsk razılaşmalarının təcrübəsini təhlil edərək gəldiyi nəticədir.

Putin diplomatiyanı müharibənin başqa vasitələrlə davam etdirilməsi kimi görür.

Əgər Moskva hərbi əməliyyatların dayandırılmasına razılaşarsa, bu, çox güman ki, əvvəlki məqsədlərdən imtina deyil, siyasi təzyiq, informasiya kampaniyaları və Qərb müttəfiqləri arasında parçalanma yolu ilə onlara nail olmaq cəhdi olacaq.

Müəlliflər hesab edirlər ki, “...Putin atəşkəsə yalnız ilkin müharibə məqsədlərinə çatmağa kömək edəcəyi təqdirdə razılaşacaq”.

Onlar bildirirlər ki, mümkün fasilədən sonra Kreml Ukraynadakı daxili vəziyyəti qeyri-sabitləşdirməyə, seçkilərin keçirilməsinə və Avropada Rusiyapərəst qüvvələrin təsirini gücləndirməyə diqqət yetirəcək.

Moskva həmçinin ABŞ və Avropa müttəfiqləri arasındakı uçurumları dərinləşdirməyə çalışa bilər.

Kreml ABŞ prezidenti Donald Trampı müharibəni dayandırmağı bacaran siyasətçi kimi təqdim etməyə çalışacaq, eyni zamanda Avropada Rusiya ilə münasibətləri bərpa etmək çağırışlarını stimullaşdıracaq. \

Rusiya ciddi çətinliklərlə üzləşir. Hərbi kampaniya ilkin məqsədlərinə çata bilməyib və uzun sürən münaqişə iqtisadi təzyiqi artırır və ölkə daxilində narazılığa səbəb olur.

Lakin bu, Kremlin planlarından imtina etdiyi anlamına gəlmir.

...“Döyüşlər dayandırılarsa, Ukrayna, Avropa və ABŞ münaqişəni bitmiş hesab etməməlidir”.

Bunu müəlliflər iddia edirlər.

Davamlı sülh yalnız Moskva Ukraynaya hakim olmaq istəyindən imtina etdikdə mümkündür. Bu baş verənə qədər istənilən atəşkəs sadəcə qarşıdurmanın növbəti mərhələsinə keçid ola bilər.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2026 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri