Putin BƏƏ ni Rusiya Ukrayna məhbus mübadiləsindəki köməyinə görə tərifləyib
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefon danışığı zamanı Rusiya Federasiyası ilə Ukrayna arasında məhbuslar mübadiləsinin təşkilində ölkənin köməyini yüksək qiymətləndirib.
Missiya.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Əmirlik tərəfinin səyləri sayəsində Pasxa bayramı ərəfəsində 246 rusiyalı hərbçi öz vətənlərinə qayıda bildi”, - deyə bildirilib.
Qeyd olunub ki, danışıqlar zamanı dövlət başçıları strateji xarakter daşıyan və siyasət, ticarət-iqtisadi və humanitar əlaqələr sahələrində fəal inkişaf edən ikitərəfli münasibətlərin əldə olunmuş səviyyəsindən məmnunluq ifadə ediblər. BƏƏ prezidenti Rusiya liderini və Rusiya vətəndaşlarını qarşıdan gələn Böyük Vətən Müharibəsində Qələbənin ildönümü münasibətilə də təbrik edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















