Icma.az
close
up
RU
Putin bütün hakimiyyəti dövründə ən böyük geosiyasi iflasa uğrayıb The New York Times

Putin bütün hakimiyyəti dövründə ən böyük geosiyasi iflasa uğrayıb The New York Times

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Moskva Suriyanın yeni hökuməti ilə oradakı hərbi bazalarının qalması üçün saziş əldə edə biləcəkmi?.."

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi Kreml hakimi Vladimir Putinin hakimiyyətdə olduğu dövr ərzində ən böyük geosiyasi uğursuzluqlarından biri olub.

Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.

Nəşr qeyd edir ki, müxalif qüvvələrin hücumu Rusiyanı "çar hökmranlığından" müşahidəçiyə çevirib.

Analitiklər hesab edir ki, Moskvanın Suriyada məğlubiyyəti onun işğalçı qoşunlarının Ukraynaya qarşı müharibədə bataqlığa düşməsi səbəbindən mümkün olub.

Onların fikrincə, hazırda Moskvanın yeni hökumətlə özünün Tartusdakı hərbi-dəniz bazasının və Xmeymimdəki aviasiya bazasının qalmasına

imkan verən sazişi bağlaya biləcəyi barədə məsələ açıq qalır. 

Moskvalı analitik Anton Mardasov buna əmin deyil, çünki Rusiya bu obyektlərdən müxalif qüvvələrə aviasiya zərbələri endirmək üçün istifadə edib.

Beynəlxalq sülh uğrunda Karnegi Fondunun Rusiya və Avrasiya Proqramının direktoru Yudcin Rumer üsyançıların qələbəsini Kremlin Ukraynadakı müharibəsinin ödədiyi "bədəlin bir hissəsi" adlandırıb:

"Suriya onların Yaxın Şərqdə yeganə həqiqi platsdarmıdır. Özünün Yaxın Şərqdəki çoxdankı müştərisini silahlı birləşmələr bandasından xilas etməyi bacarmayan tərəfdaş olaraq Rusiyadan nə fayda? Əməliyyat uğursuzluğu ilə yanaşı, bu, həm də diplomatik və nüfuz zərbəsidir".

Amerikalı məmurlardan biri jurnalistlərə deyib ki, Rusiya Suriyadan öz hərbi təyyarələrini Ukraynaya qarşı müharibədə istifadə etmək üçün çıxarıb.

Rusiya gəmiləri isə Qara dənizdən Aralıq dənizinə tranzitlə keçə bilməyib, çünki tammiqyaslı hərbi müdaxilə başlanandan Türkiyə boğazları bağlayıb.

Mardasovun sözlərinə görə, Suriya Rusiya qoşunları üçün "kurort" və yaramaz generalların sürgün yeri olub. Bundan başqa, Yevgeni Priqojinin qiyamından sonra "Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri bu ölkədə əməliyyatlara son qoyub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see148

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see145

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see137

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see132

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see131

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see130

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see121

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see118

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see118

Əl Əhli Fransa millisinin hücumçusunu transfer etdi 25 milyon avroya

07 Sentyabr 2025 09:15see114

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see113

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri