Icma.az
close
up
RU
Putin Ermənistanla bağlı təhlükəli müqayisə apardı

Putin Ermənistanla bağlı təhlükəli müqayisə apardı

Icma.az bildirir, Azpost portalına istinadən.

“Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb”.

Bunu Rusiya prezidenti Vladimir Putin Astanaya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan Avropa İttifaqı standartlarını qəbul etməyə başlasa, obyektiv olaraq onunla inteqrasiyanı dayandırmaq lazım gələcək.

Putin, Ermənistanın Avropa standartlarına keçidinin Avrasiya inteqrasiyasını obyektiv olaraq qeyri-mümkün edəcəyi barədə xəbərdarlıq edib. O, Ermənistan iqtisadiyyatı üçün nəticələrin son dərəcə ağrılı ola biləcəyini bildirib.

“Enerji qiymətlərinin artması ölkənin ÜDM-nin ən azı 14%-nin itirilməsinə səbəb ola bilər və Rusiyadakı Ermənistan vətəndaşları Aİİ daxilində mövcud güzəştlərini itirəcəklər”, – Putin əlavə edib.

Rusiya prezidenti miqrantlar üçün adi tələblərin Avrasiya İqtisadi İttifaqından çıxdıqları təqdirdə Ermənistan vətəndaşlarına da şamil ediləcəyini açıqlayıb. Putin Ermənistandan gələn miqrantların da Rusiya ərazisində işləmək üçün patent almasının lazım olacağını bildirib.

O qeyd edib ki, Rusiya Ermənistanda Aİ-yə qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında iştirakını davam etdirməklə bağlı referendumun mümkün qədər tez keçirilməsini istəyir.

“Baş nazir Paşinyan özü Ermənistanın Avrasiya İqtisadi İttifaqına, yoxsa Aİ-yə qoşulması ilə bağlı referendum keçirmək istədiyini bildirib. Biz bu referendumun mümkün qədər tez baş tutmasını istəyirik”, – Putin deyib.

Rusiya prezidenti eyni zamanda Ukrayna böhranı ilə müqayisə edərək bildirib ki, ölkənin tədricən Avropa orbitinə geosiyasi çəkilməsi yolu ilə Ermənistan ətrafındakı vəziyyətin oxşar xətt üzrə inkişaf etdiyini bildirib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 May 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri