Icma.az
close
up
RU
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Moskva, 1 oktyabr, AZƏRTAC

Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət tədricən yaxşılığa doğru dəyişəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik iclasının plenar sessiyasında çıxışı zamanı deyib. Gələcək üçün məsuliyyət: mümkünlüyün hüdudları, yoxsa sərhədsiz imkanlar"

O, “Gələcəyə görə məsuliyyət: mümkün olanın hədləri və ya sərhədsiz imkanlar” mövzusunda keçirilən plenar sessiyada iştirak edir. İclasda siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələr üzrə Rusiyadan və xarici ölkələrdən olan ekspertlər iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, Rusiya lideri beynəlxalq arenada mövcud olan narahatedici tendensiyaların ilk növbədə qlobal sülh və təhlükəsizliyi elə indidən necə qoruyub saxlamaq barədə düşünməyə vadar etdiyini bildirib.

Onun sözlərinə görə, bu gün dünya siyasətində “ağıla gələn və gəlməyən bütün tabular” pozulur, beynəlxalq hüququn əvvəlki normalarının bir çoxu kənara atılıb, yeniləri isə hələ yaranmayıb.

“Güc var, ağıl lazım deyil” prinsipi bir sıra ölkələr üçün, görünür, əsas prinsipə çevrilib, lakin bu, yaxşı heç nəyə gətirib çıxarmır”, – deyə V.Putin bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda beynəlxalq münaqişələrin davam etməsi ehtimalı kifayət qədər yüksəkdir. Onun fikrincə, fəlakətli ssenarilərin qarşısını almaq və bəşəriyyətin məhv olmaq təhlükəsi ilə üz-üzə qalmasına yol verməmək üçün praktiki tədbirlər görülməlidir.

Rusiya lideri vurğulayıb ki, dünya inkişafının həlledici dönüş nöqtəsinə yaxınlaşıb və baş verən dəyişikliklər siyasət çərçivəsindən xeyli kənara çıxır. Onun qiymətləndirməsinə görə, artıq baş vermiş və baş verəcək dəyişikliklərin miqyası olduqca böyükdür.

V.Putin hesab edir ki, bütün ölkələr gec-tez yeni dünya düzəninin prinsipləri barədə razılığa gəlməli olacaqlar və ümumi gələcək naminə məsuliyyət mücərrəd şüar olaraq qalmamalıdır.

BMT-nin fəaliyyətindən danışan Rusiya Prezidenti bildirib ki, onun qiymətləndirməsinə görə, Qərb ölkələri təşkilatda qeyri-mütənasib böyük təsirə malikdir və bu da disbalansa gətirib çıxarır. Onun sözlərinə görə, Moskva təşkilatın ədalətli islahatının tərəfdarıdır, lakin bunun üçün konsensus tələb olunur və mövcud şəraitdə belə razılığın əldə edilməsi çətindir.

V.Putin süni intellektin inkişafına da ayrıca toxunub. O hesab edir ki, dünya hələ süni intellektlə birgə yaşamağı öyrənməlidir. Ekspertlər isə yeni texnologiyaların yayılması nəticəsində insanların bir fərd kimi dəyərini itirmə riskinə getdikcə daha çox diqqət çəkirlər: “Belə rəqəmsal totalitarizm keçmişdə bizə məlum olan totalitar cəmiyyət nümunələri kimi dalana dirənmiş, qaranlıq və antihumanist olacaq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri