Putin Kiyevdə “Oreşnik” üçün hədəfləri şəxsən seçir: Əhaliyə “gizlənin” xəbərdarlığı edildi
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kiyev üç günlük atəşkəs zamanı təxribatlara cavab olaraq “Oreşnik” raketi ilə vurula bilər.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinə raket sistemi üçün hədəflərin seçilməsi ilə bağlı göstəriş verə biləcəyi faktı Ukrayna pilotsuz təyyarələrinin Rusiya regionlarına kütləvi hücumundan sonra məlum olub.
Bununla belə, mənbə Rusiya liderinin cavab zərbəsi üçün obyekt kimi hansı hərbi hədəfləri seçdiyini dəqiqləşdirməyib.
“Oreşnik” ilk dəfə 2024-cü ilin noyabrında istifadə edilib. 5500 kilometr uçuş məsafəsi olan raket idarə olunan fərdi hədəf bölmələri ilə çoxsaylı döyüş başlığına sahibdir.
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko ukraynalıları gizlənməyə çağırıb. Bu barədə o, Telegram kanalında yazıb.
“Oreşnik” raket sisteminin Kiyevə endirilməsi ehtimalı ilə bağlı xəbərləri şərh edən deputat ukraynalılara ehtiyat tədbirlərini görməyi xatırladıb. Bununla belə, Qonçarenko “Oreşnik”in istifadəsi ilə bağlı xəbərin “informasiya hücumu” ola biləcəyini də vurğulayıb.
"Gəlin informasiya məkanımızda daha az təbliğat aparaq və hava hücumu xəbərdarlığı elan edildikdə, sığınacağa gedək", - deyə o yazıb. /publika.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 May 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















