Putin: KXDR Kim Çen Inın təşəbbüsü ilə Kursk yaxınlığındakı əməliyyatda iştirak edib
Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.
Vladimir Putin KXDR lideri ilə görüşdə Şimali Koreya əsgərlərinin Kim Çen Inın təşəbbüsü ilə Kursk vilayətinin azad edilməsində iştirak etdiyini vurğulayıb. Bu barədə TASS xəbər verir.
"Sizin təklifinizlə, hamının bildiyi kimi, sizin xüsusi təyinatlılarınız bizim yeni müqaviləmizə tam əməl edərək, Kursk vilayətinin azad edilməsində iştirak edib. Xüsusilə qeyd etmək istərdim ki, sizin əsgərlər cəsarətlə və qəhrəmancasına döyüşüblər", - Putin Pekində Xalq Demokratik Respublikasının lideri ilə danışıqlar zamanı qeyd edib.
Öz növbəsində Kim Çen In KXDR əsgərlərinin Kursk vilayətində oynadığı rola verdiyi yüksək qiymətə görə Vladimir Putinə minnətdarlığını bildirib.
Bundan əvvəl Şimali Koreyanın Mərkəzi Televiziyası Koreya Xalq Ordusunun hərbçilərinin Kursk vilayətində iştirakı ilə bağlı sənədli film nümayiş etdirib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 03 Sentyabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















