Icma.az
close
up
RU
Kim Çen In Kursk döyüşlərində iştirak edən KXDR hərbçilərini qəhrəman adlandırıb

Kim Çen In Kursk döyüşlərində iştirak edən KXDR hərbçilərini qəhrəman adlandırıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Kursk vilayətinin rayonlarının Ukrayna qoşunlarından azad edilməsi əməliyyatında iştirak edən KXDR-dən olan döyüşçülər ədalət uğrunda vuruşublar və qəhrəmandırlar”.

Bizimyol.info xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In deyib.

“Haqq uğrunda mübarizə aparanların hamısı qəhrəman və Vətənin şərəfini uçaldan vətəndaşlarımızdırlar”, - deyə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) onun sözlərinə istinadən məlumat yayıb.

Koreya Fəhlə Partiyasının (KFP) Mərkəzi Hərbi Komitəsi (KHK) öz növbəsində qeyd edib ki, KXDR-dən olan döyüşçülər yüksək döyüş ruhu və kütləvi qəhrəmanlıq nümayiş etdirərək, “Ukraynada neonasist qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfələr veriblər”. KFP-nin Mərkəzi Hərbi Komissiyasının bəyanatında deyildiyi kimi, əməliyyatın başa çatması Rusiya Federasiyası ilə KXDR-in güclü hərbi tərəfdaşlığını nümayiş etdirdi və bu da “iki ölkə xalqları arasında müttəfiqlik, qardaşlıq münasibətlərinin ən yüksək strateji səviyyəyə qaldırıb”.

“İki ölkənin - KXDR və Rusiya Federasiyasının silahlı qüvvələrinin bir səngərdə çiyin-çiyinə, qan tökərək qazandığı əvəzsiz qələbə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələri tərəfindən doqquz aydır işğalına son qoydu və Qərb dövlət qüvvələrinin Ukrayna hərbi qüvvələri, həmçinin Ukrayna xüsusi təyinatlılarının müdaxiləsi ilə bağlı avantürist hərbi-siyasi cəhdlərinin qarşısını aldı”, - deyə KFP Mərkəzi Hərbi Komitəsi əlavə edilib.

Pxenyan qeyd edib ki, “Rusiyanın suverenliyinə və təhlükəsizliyinə kobud surətdə qəsd edən düşmən qüvvələrin hərbi qəzəbi” KXDR və Rusiya Federasiyasının “beynəlxalq ədalətə nail olmaq və bütün dünyada sülhü qorumaq”, eləcə də “imperializmin zorakılığı və tiranlığı” ilə mübarizə üzrə birgə məqsədinə təhdiddir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Aprel 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see446

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see144

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see139

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see136

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see123

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see120

Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

27 İyul 2025 14:55see117

Starmer Trampla Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə edəcək

27 İyul 2025 04:02see116

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see116

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see116

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see114

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see113

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see113

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see113

Naməlum intellektual obyekt Yerə yaxınlaşır Açıq silahlarla gəlir

27 İyul 2025 06:34see113

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see113

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see113

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see113

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see111

İsrail ordusu Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etdi

27 İyul 2025 07:55see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri