Putin Lavrova görə səhər saat 6ya budilnik qurmalı idi? Peskovdan QƏRİBƏ REAKSİYA
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Lavrovun son müsahibəsinə reaksiya verib.
Sfera.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb. Peskov bildirib ki, Putinin nazirin müsahibəsini hələ də izləməyə vaxtı olmayıb.
“Deməli, sizcə, Prezident Vladimir Putin zəngli saatı səhər altıya qurmalı idi? Xeyr”, — Peskov Rusiya Federasiyasının rəhbərinin müsahibəni izləyə bilib-bilməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.
Qeyd edək ki, dekabrın 6-na keçən gecə amerikalı jurnalist Taker Karlson Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan müsahibə alıb. Söhbət təxminən bir saat yarım davam edib. Müzakirə zamanı beynəlxalq siyasət mövzularına, Ukrayna müharibəsinə, eləcə də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla bağlı mövqelərə toxunulub.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 06 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















