Icma.az
close
up
RU
Putin miqrantlara qarşı tələbləri sərtləşdirdi

Putin miqrantlara qarşı tələbləri sərtləşdirdi

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin əcnəbi vətəndaşlara Rusiya vətəndaşlığının verilməsi, müvəqqəti və daimi yaşamaq icazəsinin rəsmiləşdirilməsi qaydalarını sərtləşdirən, həmçinin əcnəbilərin ölkədən inzibati qaydada çıxarılmasına əsas verən halların siyahısını genişləndirən qanunu imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sənədə əsasən, hər hansı cinayətə görə üzərindən məhkumluğu götürülməmiş və ya məhkumluğu ödənilməmiş əcnəbilərə Rusiya vətəndaşlığının, müvəqqəti yaşamaq icazəsinin və daimi yaşayış icazəsinin verilməsindən imtina ediləcək. Əgər həmin sənədlər artıq verilibsə, sonradan müvafiq məhkumluq halı aşkar edildiyi zaman onlar ləğv olunacaq.

Qanuna əsasən, müraciət edilməzdən ən geci üç ay əvvəl yaşadığı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş məhkumluğun olub-olmaması barədə sənədin təqdim edilməsi məcburi olacaq. Bir neçə vətəndaşlığı və ya yaşayış icazəsi olan şəxslər isə onların hər biri üzrə müvafiq sənədləri təqdim etməlidirlər. pizza

Yeni tələblər 14 yaşdan kiçik əcnəbi vətəndaşlara, qaçqın statusu almış və ya Rusiyada siyasi sığınacaq əldə etmiş şəxslərə, həmçinin Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında hərbi xidmət keçən və ya keçmiş əcnəbilərə şamil edilmir.

Bundan başqa, dövlət başçısı əcnəbi vətəndaşların Rusiyadan inzibati qaydada çıxarılmasına səbəb olan inzibati xətaların siyahısını genişləndirən qanunu da imzalayıb. Bununla əlaqədar Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində müvafiq maddələrin sayı 22-dən 45-ə çatdırılıb.

Yeni qaydalara əsasən, xüsusilə icazəsiz mitinqlərdə iştirak, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasına yönəlmiş hərəkətlər, Rusiyaya qarşı sanksiyaların tətbiqinə çağırışlar, ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlar, xırda xuliqanlıq, ayrı-seçkilik, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət sərhədində xidmət aparan hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaq, eləcə də ekstremist fəaliyyətlə bağlı bir sıra inzibati xətalara görə əcnəbi vətəndaşların inzibati qaydada ölkədən çıxarılması nəzərdə tutulur.

Qanunda, həmçinin miqrasiya qanunvericiliyinin ayrı-ayrı tələblərinin pozulmasına görə cərimələrin artırılması nəzərdə tutulur. Bu pozuntulara əcnəbi vətəndaşların qanunsuz əmək fəaliyyəti ilə məşğul olması, onların qanunsuz şəkildə işə cəlb edilməsi, habelə ölkəyə giriş, ölkədə qalma və dövlət sərhədini keçmə qaydalarının pozulması daxildir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Avqust 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri