Putin seçki günü Ukraynanı vurmayacağına söz verir
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Ukraynada seçkilərin keçirilməsi üçün Kiyevin həqiqətən maraqlı olması halında, səsvermə günü zərbələr endirilməməsi barədə göstəriş verməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi konfransdan sonra əlavə şərhində bildirib.
“Prezident bu barədə artıq danışıb. Lakin mən onun adından bütün məsuliyyətimlə deyə bilərəm ki, əgər onlar həqiqətən seçki keçirmək istəyirlərsə, Rusiya Prezidenti seçki günü – məhz seçki günü Ukraynaya zərbələr endirilməməsi barədə göstəriş verməyə hazır olacaq”, – Peskov deyib.
Oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp Volodimir Zelenskinin Ukraynada seçkilər keçirməli olduğunu bildirib. O, həmçinin Zelenskini bütün dünya üçün problemlər yaratmaqda ittiham edib. Trampın fikrincə, Ukraynaya Rusiya ilə razılığa gələ biləcək yeni lider lazımdır.
Zelenski isə ABŞ liderinin çağırışına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsindən yenidən imtina edib. O, bu məsələyə yalnız Rusiya ilə ən azı 60 günlük tam atəşkəs əldə olunacağı təqdirdə baxmağa hazır olduğunu bildirib.
Zelenskinin açıqlamasını şərh edən Dmitri Peskov daha əvvəl Rusiyanın Ukrayna ilə müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istədiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Oktyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















