Icma.az
close
up
RU
“Putin Trampın təklif etdiyi “qızıl körpü”nü yandırır” “Onun Putinə qarşı səbri tükənir”

“Putin Trampın təklif etdiyi “qızıl körpü”nü yandırır” “Onun Putinə qarşı səbri tükənir”

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vladimir Putin Donald Trampın təklif etdiyi münasibətləri bərpa etmək üçün “qızıl körpünü” yandırmağa təhlükəli dərəcədə yaxındır.

“AzPolitika” xəbər verir ki, bunu adı açıqlanmayan ABŞ administrasiyasının rəsmisi “Politico” nəşrinə deyib.

“Putin təhlükəli dərəcədə Trampın onun üçün yaratdığı qızıl körpünü yandırmağa yaxındır”, - mənbə qeyd edib.

Həmçinin, nəşr yazır ki, Tramp Putinin sülh nizamlanmasından sonra münasibətləri bərpa etmək təklifinə biganə qalmasından və hələ də siyasətini dəyişməməsindən məyus olub. Bununla yanaşı, dörd amerikalı rəsminin sözlərinə görə, Tramp Putinin Ukraynaya qarşı gücləndirdiyi hücumlara cavab olaraq Moskvaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməmək barədə hələ qərar verməyib.

Nəşr qeyd edir ki, Trampın Rusiyanı cəzalandırmadan sülh danışıqlarından imtina edə bilməsi ehtimalı ilə üzləşən avropalı müttəfiqlər Ukraynanı dəstəkləmək üçün nə edə biləcəklərini anlamağa çalışırlar.

Mənbə deyib ki, administrasiyanın daxilində və xaricində Trampa “sanksiyaların Amerika şirkətlərinə zərər verəcəyini və Rusiyanı danışıqlardan çəkindirəcəyini” söyləyən insanlar da var”. Eyni zamanda, bir neçə respublikaçı senator sanksiyaları fəal şəkildə dəstəkləməyə başlayıb. Nəşr əlavə edib ki, Tramp açıq şəkildə sanksiyalara qarşı çıxarsa, bu, ona olan dəstəyi azalda və ya respublikaçıların ona qarşı çıxmasına səbəb ola bilər.

Avropalı rəsmilər və ekspertlər deyirlər ki, Moskva Ukraynadakı müharibəni ABŞ-Rusiya münasibətlərindən ayırmağa çalışır. Buna baxmayaraq, “Politico”-ya görə, Trampın Putinə qarşı səbri tükənir.

Xatırladaq ki, dünən Tramp Rusiya rəhbərliyini tənqid edərək, Vladimir Putini “odla oynamaqda” ittiham edib və əlavə edib ki, əgər o olmasaydı, Rusiyanın başına “həqiqətən çox pis şeylər” gələrdi. Bundan öncə isə Amerika prezidenti Putinin “dəli olduğunu” söyləyib və Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini deyib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see410

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see309

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see291

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see250

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see181

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri