Icma.az
close
up
RU
“PUTİN YALNIZ TRAMPDAN VƏ ÇİNDƏN QORXUR...” TrampMakronZelenski görüşünün detalları açıqlandı AzPolitika onlayn siyasiictimai qəzet

“PUTİN YALNIZ TRAMPDAN VƏ ÇİNDƏN QORXUR...” TrampMakronZelenski görüşünün detalları açıqlandı AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Prezident Volodimir Zelenski ABŞ seçkilərindən sonra Donald Trampla ilk görüşündən Ukraynanın danışıqlar prosesində təhlükəsizlik zəmanətinə ehtiyacını izah etmək üçün istifadə edib.

“AzPolitika” xəbər verir ki, bunu “Reuters” agentliyi öz mənbələrinə istinadla yazıb.

Nəşrin yazdığına görə, dekabrın 7-də Parisdə keçirilən görüşdə üç lider - Tramp, Zelenski və Fransa Prezidenti Emmanuel Makron sülh danışıqlarının konkret təfərrüatlarını müzakirə etməyiblər. Lakin ABŞ-nin yeni seçilmiş Prezidenti dərhal atəşkəsə və müharibəni tez bir zamanda bitirmək üçün danışıqlar vasitəsilə sülhə nail olmaq istədiyini təkrarlayıb.

Mənbələrdən birinin dediyinə görə, 35 dəqiqə davam edən görüşdə Tramp hər iki ölkə başçısına hörmətlə yanaşıb və onları dinləməyə hazır görünüb.

Eyni zamanda, “Reuters” vurğulayır ki, nə Tramp, nə də onun Ukrayna ilə məşğul olan rəsmiləri müharibənin sonunu necə gördüklərinə dair hələlik heç bir dəqiq cavab verməyiblər. Ukraynanın nizamlanmanın tərkib hissəsi kimi təhlükəsizlik zəmanəti alması ilə bağlı təkidinə də cavab yoxdur.

Qeyd olunur ki, bu, Kiyevdə qeyri-müəyyənlik hissi yaradıb. Ukrayna Prezident Ofisindəki mənbənin sözlərinə görə, Parisdəki görüşdə Zelenski vurğulayıb ki, sülh təminat tələb edir və tək atəşkəs kifayət deyil. Çünki Putin əvvəllər etdiyi kimi bunu yenidən poza bilər.

“Reuters”-in həmsöhbətləri Trampın hələ də “bütün təfərrüatları düşündüyünü” bildiriblər.

Trampa yaxın olan bir neçə məmur bildirib ki, o, hazırda görüşlərini öz diplomatiyasının əsas hissəsi olan şəxsi münasibətlərin qurulmasına yönəldir və bundan sonra nə edəcəyinə sonda qərar verəcək.

Trampın Zelenski ilə birbaşa əlaqəsinin ümumən mehriban təbiəti onun seçki kampaniyası zamanı Ukrayna lideri ilə bağlı bəzi tənqidi açıqlamalarından fərqlənir.

Mənbə bildirib ki, Makron və Zelenski Paris görüşündə eyni mövqedə idilər, lakin Trampı küncə sıxışdırırmış kimi görünməmək üçün ehtiyatlı davranıblar. Onlar ABŞ-nin dəstəyi olmadan Kiyev üçün çox çətin olacağını vurğulayıblar.

Ukraynalı mənbələr “Reuters” agentliyinə bildiriblər ki, Zelenski Putinin beynəlxalq səhnədə yeganə qorxusunun Tramp və Çin olduğuna inanır və onun fikrincə, istənilən davamlı sülh Vaşinqtondan “həqiqətən güclü olmağı” tələb edəcək.

Mənbənin dediyinə görə, Makron və Zelenski Trampa izah ediblər ki, 2024-cü ildəki Putin Trampın 2017-ci ildə tanıdığı Putin deyil.

Yazıda o da qeyd olunub ki, Bəşər Əsədin devrilməsi və onun yaxın müttəfiqi Rusiyanın bu uğursuzluğu da gələcək sülh səylərində Moskvaya qarşı daha sərt mövqe tutmaq üçün arqument kimi istifadə ediləcək.

C.Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri