Icma.az
close
up
RU
Putin Yanukoviçi yenidən “xortladıb” Kremlin niyə onun “xidmətinə” ehtiyac duyub?

Putin Yanukoviçi yenidən “xortladıb” Kremlin niyə onun “xidmətinə” ehtiyac duyub?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın 2014-cü ildə xalq üsyanı ilə devrilmiş və Rusiyaya qaçmış sabiq prezidenti Viktor Yanukoviç yenidən peyda olub. Ukraynalılara videomüraciətlə çıxış edən Yanukoviç Kremlin narrativlərini təkrarlayıb.

O, utanmadan Ukraynanı məhv etməyə çalışan, dinc ukraynalıları vətənlərindən didərgin salan, hər gün Ukrayna torpaqlarında qətliam törədən Putinin haqlı olduğunu iddia edib. Yanukoviçin dediyinə görə o, prezidentliyi dövründə guya Ukraynanı Aİ-yə yaxınlaşdırmağa çalışıb və onun son məqsədi Aİ-yə daxil olmaq olub. Hansı ki, ona qarşı üsyan məhz bunun tam əksini etdiyi və ölkəni Rusiyanın vassalı halına gətirdiyi üçün başlamışdı. Bununla belə, o, müraciətində guya Aİ üzvlüyünə can atdığı halda, avropalı tərəfdaşları danışıqlar zamanı “uyğun olmayan” davranışda ittiham edib. Yanukoviç həmçinin, Aİ-ni Ukraynanın iqtisadi vəziyyətinin mürəkkəbliyini anlamadığına görə tənqid edib.

Ardınca Yanukoviç deyib ki, prezidentliyi dövründə Ukraynanın NATO üzvlüyünün qəti əleyhinə olub və bunun guya “daxili vətəndaş müharibəsinə” gətirib çıxaracağını düşünüb: "Mən həmişə aydın şəkildə başa düşmüşəm ki, bu, Ukrayna üçün fəlakətdir. Bu, vətəndaş müharibəsinə aparan birbaşa yoldur".

Bir sözlə, Kremlin sifarişi ilə “efirə çıxan” və onun tezislərini təkrarlayan Yanukoviç yeni heç nə deməyib. Maraqlı olan Kremlin onu məhz indi üzə çıxararaq, danışdırmasıdır. Bundan öncə, sonuncu dəfə Yanukoviç 2022-ci ilin iyulunda ukraynalılara müraciət edərək, onları Rusiyaya təslim olmağa çağırmışdı.

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) yazır ki, Kreml Yanukoviçin videomüraciətini bilərəkdən Putinin ŞƏT sammitindəki çıxışı ilə eyni vaxta salıb. Ondan ötrü ki, Ukraynada hakimiyyət dəyişikliyi tələbinə legitimlik qazandırsın: “Yanukoviçin videomüraciətinin nə vaxt yazıldığı məlum deyil, lakin o, müraciətinə Putinin “tamamilə haqlı” olduğunu iddia etməklə başlayıb. Bu, Putinin ŞƏT sammitində Ukrayna ilə bağlı söylədiyi fikirlərə birbaşa dəstək kimi görünür və ehtimal edilən əlaqələndirilmiş məlumat kampaniyasına işarə edir”.

Amerikalı mütəxəssislər bununla da hesab edirlər ki, Kreml Ukraynanın legitim prezidentinin Volodimir Zelensky deyil, Yanukoviç olduğunu iddia etmək üçün zəmin hazırlayır. Ancaq məlum məsələdir ki, ukraynalılar üçün Yanukoviç çoxdan “siyasi meyit” və satqındır. Onu “xortlatmaq” cəhdləri isə mənasızdır. Necə ki, Rusiyanın istənilən namizədini…

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri