Icma.az
close
up
RU
Putin Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?

Putin Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Administrasiyasının rəhbəri Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında üçtərəfli danışıqların keçiriləcəyi gözlənilən görüşünə hazırlıqlara başladığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp bu barədə "Truth Sosial”dakı hesabında yazıb.

"Mən prezident Putinə zəng vurdum və prezident Putinlə Zelenski arasında keçiriləcək görüş üçün hazırlıqlara başladım, görüşün yeri müəyyənləşdiriləcək. Həmin görüş baş tutandan sonra üçtərəfli danışıqlarımız olacaq", deyə Tramp sosial şəbəkə hesabında yazıb.

Putin Trampa Ukrayna Prezidenti ilə görüşə hazır olduğunu bildirib. Bu barədə "Agence France-Presse” (AFP) məlumat yayıb.

Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp danışıqlarda iştirak edən "Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarını” müzakirə ediblər. 

Zelenski Ağ Evdə müzakirələrdən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya ABŞ Prezidenti Donald Tramp vasitəsilə Ukrayna ilə ikitərəfli, sonra isə ABŞ ilə üçtərəfli görüş istəyib. Onun sözlərinə görə, Kiyev növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək:

"ABŞ Rusiya tərəfi ilə əlaqə saxladı və onlar hansı diplomatik addımların atıla biləcəyini müzakirə etdilər. Rusiya isə əvvəlcə Ukrayna ilə Rusiya arasında ikitərəfli, sonra üçtərəfli görüş təklif etdi. Bəli, dediyim kimi, biz liderlər səviyyəsində istənilən formata hazırıq. Ona görə də təsdiqlədim və bütün Avropa liderləri məni dəstəklədilər ki, biz ikitərəfli görüşə hazırıq".

O vurğulayıb ki, Ukrayna üçün təhlükəsizlik təminatının təfərrüatları 10 gün ərzində işlənib hazırlanacaq, ərazilər məsələsi yalnız Putinlə müzakirə olunacaq.

"Financial Times"ın məlumatına görə isə Ukrayna Rusiyaya ərazi güzəştlərini ehtiva edən heç bir sövdələşməni qəbul etməyəcək və tam sülh sazişi üçün ilk addım kimi atəşkəsdə israrlıdır. Bu barədə Kiyevin Ağ Evdə keçirilən görüşdə ABŞ Prezidentinə təkliflərinin yer aldığı sənəddə deyilir.

Qeyd olunur ki, Ukrayna Rusiya ilə sülh razılaşmasından sonra ABŞ-nin təhlükəsizlik zəmanətini əldə etmək cəhdi ilə Avropa tərəfindən maliyyələşdirilən 100 milyard dollar dəyərində Amerika silahlarını almağa sadiqdir.

Sənəddə Ukraynanın sövdələşmənin bir hissəsi olaraq hansı silahları tələb etdiyi açıqlanmır, lakin Kiyev şəhərlərini və mühüm infrastrukturunu qorumaq üçün Amerikanın azı 10 "Patriot” hava hücumundan müdafiə raket sistemini, eləcə də digər raket və avadanlıqları almaq istəyini açıq şəkildə bəyan edib.

Təkliflərə əsasən, Kiyev və Vaşinqton həmçinin Ukrayna şirkətləri ilə pilotsuz təyyarələrin istehsalı üçün 50 milyard dollarlıq müqavilə bağlayacaq. Ancaq dron müqaviləsinin hansı hissəsinin satınalma və hansı hissəsinin investisiya olacağı açıqlanmır.

Həmçinin rəsmi Kiyev müharibə zamanı dəymiş ziyana görə Moskvadan tam təzminat tələb etməkdə israrlıdır. Məlumata görə, kompensasiya 300 milyard dollar həcmində Rusiyanın Qərb ölkələrində dondurulmuş suveren aktivləri hesabına ödənilə bilər.

"Sanksiyaların istənilən yumşaldılması yalnız Rusiya gələcək sülh sazişinə əməl edəcəyi və ədalətli oynadığı halda təmin edilməlidir", deyə sənəddə bildirilir.

Ukrayna həmçinin hesab edir ki, Rusiyanın uzunmüddətli sülh sazişi üzrə növbəti danışıqlardan əvvəl ərazi məsələlərini həll etmək cəhdi yerində bitmiş nəticə yaradacaq və Kiyevin gələcək təhlükəsizliyini təminatı üçün heç nə etməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri