Putindən əcnəbi abituriyentlər üçün YENİ QƏRAR Rus dilindən İMTAHAN verəcəklər
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Putin əcnəbi abituriyentlər üçün rus dili imtahanının tətbiqi barədə göstəriş verib. Rusiya prezidenti Vladimir Putin Rusiyanın ali məktəblərinə və elmi təşkilatlarına daxil olan əcnəbi abituriyentlər üçün rus dili imtahanının tətbiqi barədə göstəriş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq göstəriş Kremlin saytında dərc olunub.
Sənəddə qeyd olunur ki, təhsil proqramlarının mənimsənilməsi üçün dil biliyinin səviyyəsinə dair vahid tələbləri və qəbul imtahanının keçirilməsi qaydasını müəyyən etmək lazımdır.
Daha əvvəl Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirmişdi ki, miqrantların 200 min uşağının 40%-dən çoxu rus dilini yaxşı bilmir.
Siyasətçi xatırladıb ki, Rusiya miqrant uşaqların məktəbə yazılmazdan əvvəl rus dilini bilməsi üçün məcburi sınaqdan keçirilməsi haqqında qanun qəbul edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 01 Yanvar 2025 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















