Icma.az
close
up
RU
Putindən Vaşinqtona “soyuq duş ABŞ “şefi” Kreml sahibini görmədən geri dönür...

Putindən Vaşinqtona “soyuq duş ABŞ “şefi” Kreml sahibini görmədən geri dönür...

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri dünya mediasının diqqətində olduğu bir vaxtda Kreml Rusiya Prezidenti Vladimir Putinlə amerikalı kəşfiyyat rəhbərinin görüşməyəcəyini açıqlayıb.

Hurriyyet.media  xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov “İnterfaks”a açıqlamasında Putinin qrafikində Retkliff ilə görüşün nəzərdə tutulmadığını bildirib.

Bununla belə, Retkliffin Moskvaya səfərinin özü kifayət qədər diqqətçəkən hadisədir. ABŞ-ın yüksək səviyyəli kəşfiyyat rəhbərinin Rusiyaya səfəri əvvəlcədən ictimaiyyətə açıqlanmayıb.

Retkliffin Moskvaya səfəri Rusiya-Ukrayna müharibəsi, ABŞ-Rusiya münasibətlərində davam edən gərginlik və Vaşinqtonun Moskva ilə bağlı diplomatik təşəbbüslərinin aktivləşdiyi bir dövrə təsadüf edir. Bu baxımdan CIA rəhbərinin Moskva səfəri sıradan kəşfiyyat əlaqəsi kimi qiymətləndirilməklə yanaşı, daha geniş siyasi mesajların da daşıyıcısı ola bilər. Lakin görüşlərin məzmunu açıqlanmadığından bu barədə hələlik yalnız ehtimallar irəli sürmək mümkündür.

Digər tərəfdən, Putinin Retkliffi qəbul etməməsi də ayrıca suallar doğurur.

CIA direktorunun bu gözlənilməz səfərindən sonra Vaşinqton-Moskva xəttində hansı dəyişikliklər baş verə bilər?

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirdi ki, CIA şefinin Moskva səfərinin əsas gündəliyinin Ukrayna məsələsi olduğu sirr deyil: “Bu, ABŞ -Rusiya xəttində əsas problem olaraq qalmaqdadır. Trampın kəşfiyyat şefini Moskvaya göndərməsi Ukrayna ilə bağlı dalana dirənmiş danışıqların yenidən başlanması və yeni mərhələdə konkret nəticələrin əldə edilməsindən qaynaqlana bilər. Retklifinetklifin də Rusiyada danışıqların gündəliyini, Moskvanın razılaşma üçün nələr istədiyini və hansı güzəştlər edə biləcəyini müzakirə etməsi istisna edilməməlidir. Onun Putinlə görüşməsinin iki mümkün səbəbi ola bilər.

Birincisi, Putin onu qəbul etməməklə ABŞ-a razılaşmaya can atmadıqları mesajını verir. Bu danışıqların yeni mərhələsində zəif görünməmək və mövqelərini gücləndirmək məqsədi daşıyır.

İkincisi, ABŞ və Rusiya bu səfərin çox da ictimaiyyətləşməsini, gizli danışıqların aparıldığı haqda fikirlərin yaranmasını istəməyə bilər. Putinlə görüş olsaydı, səfəri gizli saxlamaq imkanları məhdudlaşardı. Fikrimcə, bu səfərdən sonra danışıqların yeni mərhələsi başlaya bilər. Bu mərhələdə ABŞ -ın nəticə əldə etmək üçün hər iki tərəfə müxtəlif yollarla təzyiq edəcəyi də istisna deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Avqust 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri