Icma.az
close
up
RU
Putinə bildirildi, Pezeşkianla razılıq oldu: Azərbaycanın SSRİ dəki rolu təkrarlana bilər

Putinə bildirildi, Pezeşkianla razılıq oldu: Azərbaycanın SSRİ dəki rolu təkrarlana bilər

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EU Today”ə müsahibəsində Azərbaycan–Rusiya münasibətlərindən danışıb. Hikmət Hacıyev ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən yanlış anlaşılmaların olduğunu bildirib.

O, Bakının Moskvadan rəsmi üzr, qəzanın araşdırılması, məsul şəxslərin cavab verməsi və kompensasiya tələb etdiyini söyləyib. Prezidentin köməkçisi bu məsələlərin həll olunduqdan sonra iki ölkə arasında normal qonşuluq münasibətlərinin davam edəcəyini vurğulayıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Yusif Bağırzadə deyib ki, Hikmət Hacıyev sonuncu müsahibəsində faktiki olaraq Azərbaycan-Rusiya münasibətləri ilə bağlı Bakının 4 prinsipial tələbini gündəmə gətirib:

“Bunlar Rusiyanın Azərbaycandan rəsmi üzr istəməsi, hadisə ilə bağlı tam istintaqın yekunlaşdırılması, kompensasiyanın verilməsi və bu məsələyə aidiyyəti olan şəxslərin tam şəkildə cəzalandırılmasıdır. Əlbəttə, hazırda ölkələr arasında münasibətlər elə də yaxşı deyil. Baxmayaraq ki, Düşənbə sammitində Azərbaycan və Rusiya prezidentləri bir araya gəlib danışdı, hətta Vladimir Putin üzr istədiyini vurğuladı, lakin yenə də problemlər tam həllini tapmadı. Çünki Kreml Bakının bütün tələblərini yerinə yetirməyib.


Yusif Bağırzadə 

İki ölkə arasındakı münasibətlərin dinamikası Rusiyadan çox asılıdır. Azərbaycan bütün dövlətlər, xüsusən də qonşuları ilə münasibətləri beynəlxalq hüquq əsasında qurur. Yəni Bakının Moskvadan tələbləri qeyri-adi deyil, tamamilə beynəlxalq hüquqa əsaslanır. Azərbaycan ilə Rusiya arasında iqtisadi, siyasi, diplomatik əlaqələr və əməkdaşlıqlar mövcuddur, Kreml bunları nəzərə almalıdır.

Qeyd edim ki, İran Prezidenti Məsud Pezeşkianın Rusiyaya sonuncu səfəri zamanı mühüm iqtisadi sazişlər imzalanıb, onlardan biri də qaz ixracı ilə bağlıdır. Bunun üçün nəzərdə tutulan kəmər də SSRİ dönəmində olduğu kimi Azərbaycandan keçməlidir. Məhz bu kimi amillər iki ölkə münasibətlərin normallaşmasını zəruri edir, beləliklə Kreml bu prosesdə tələsməlidir”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri