Icma.az
close
up
RU
Putinin məsləhətə ehtiyacı yoxdur

Putinin məsləhətə ehtiyacı yoxdur

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkənin Azərbaycan seqmentində ABŞ-Ukrayna münasibətləri üzərindən xeyli təhlillər aparılır. Duyğusal olaraq Zelenskinin davranışlarına haqq qazandırmaq da anlaşılandır, siyasət olaraq ABŞ-nin etdiklərinə də. Hər bir halda həm Ukrayna, həm də ABŞ öz mənfəətləri üçün mübarizə aparırlar və kənardan məsləhətçilərin böyük əksəriyyəti məsələnin pərdə arxasından xəbərsiz mövzunun peşəkar mütəxəssisləri kimi fikir və mülahizələrini ətrafa dağıdırlar. Düşünürəm ki, Azərbaycan insanı olaraq bizi bu proseslərdən daha da vacib olan Türkiyədəki terror problemi ilə bağlı son irəliləyişlər maraqlandırmalıdır. Həqiqətən inanılmaz bir yeni dövrün başladığını söyləmək mümkündür. PKK terror təşkilatının rəhbəri Öcalan həbsxanadan bu terror təşkilatının buraxılmasını və silahlarını yerə qoymasını təklif etdi, əsas kürd siyasi və ictimai gücləri bu çağırışa dəstək verdi. Terrorun əsas qalası sayılan Qandildən gələn açıqlamalar da bu çağırışı dəstəkləyən xarakterdə idi. Bir müddət öncə MHP başqanının Öcalana terror təşkilatının buraxılmasına münasibət bildirməsi barədə çağırışı öz hədəfinə yetişdi. Bu proses uğurla davam edərsə və yekunlaşarsa, qardaş Türkiyəmiz artıq bütün resurslarını terrorla mübarizəyə deyil, bölgənin daha güclü dövlətinə çevrilməsinə yönəldə biləcəkdir. Bu isə bölgədə Azərbaycanın gücünün daha da böyüməsi deməkdir. Bir iki günə Tramp-AB- Ukrayna məsələsinə bu və ya digər formada aydınlıq gələcək, bizi daha çox Türkiyədə terror təşkilatının özünü buraxması və silahı yerə qoyması, Ermənistandakı siyasi vəziyyətdə olan dəyişikliklər, Zəngəzur dəhlizi, Türkiyə-Ermənistan arasında münasibətlər, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətlərinin yeni çalarları maraqlandırır. Yəni nə Tramp, nə də Zelenski bizim verdiyimiz ağıllı məsləhətlərdən qətiyyən yararlanan deyil. Hələ Putini demirən, onun ümumiyyətlə məsləhətə ehtiyacı yoxdur. Bizim iradəmizdən kənarda baş verəcək hadisələrə təsir göstərmək imkanımız yoxdursa, düşüncə və enerjimizi yaxın gələcəkdə bizi gözləyən sürprizlərə dair proqnozlaşdırmağa yönəltsək daha doğru olmazmı? 

Fazil MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Mart 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see287

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see267

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see248

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see248

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see239

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see238

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see224

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see219

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see207

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see202

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see201

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see196

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see191

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see191

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see185

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see182

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see180

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri