Icma.az
close
up
RU
“Putinin bu qərarı Azərbaycana təsirsiz ötüşə bilməz...”

“Putinin bu qərarı Azərbaycana təsirsiz ötüşə bilməz...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Ona görə ki, nə qədər, Xəzərin statusu bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya olunmayıb, deməli, Aktau memorandumunun özü də mübahisəlidir və Xəzərin hüquqi statusu məsələsi tam olaraq həllini tapmayıb...”

“Məlum olduğu kimi, ötən həftə işğalçı Rusiya diktatoru Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib. Putin həmçinin Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Udoviçenkonu Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edib. 

Bir sıra siyasi şərhçilər iddia edir ki, Azərbaycanla Rusiya arasında quru sərhədləri tam müəyyənləşdiyindən və 2018-ci ildə Aktau şəhərində keçirilən Zirvə görüşündə Xəzərlə bağlı iki ölkə arasındakı mümkün mübahisələr, demək olar ki, həllini tapdığından  Kremldən gələn bu yeni qərarın Azərbaycana hər hansı bir formada təsiri ola bilməz. Amma o da var ki, Xəzərin yekun statusu hələ qəbul olunmayıb. Siz necə düşünürsüz?”

Bu sualla müraciət etdiyimiz siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında aşağıdakı fikirləri dilə gətirib: 

“Putinin indiki mərhələdə MDB ölkələri ilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı həyata keçirdiyi addımlar yalnız Azərbaycanla bağlı deyil. Burada ən azı iki ölkə var: Azərbaycan və Qazaxıstan.  Həmçinin burada, əlbəttə, Xəzər məsələsi də gündəmdədir. Biz görürük ki, Cənubi Qafqaz uğrunda gedən geo-siyasi mübarizə kontekstində Xəzərin adı hallandırılır. Bu da təsadüfi deyil...

Bəli, 2018-ci ildə Aktauda Xəzər dənizinin beynəlxalq statusuna dair sənəd imzalanıb. Və həmin sənədə əsasən  Xəzərin bölgüsü öz əksini tapıb. Bilirsiz  ki, orada sahildən 20 milədək olan ərazi  dövlətlərin ərazi suları sayılır. Ardınca, səhv etmirəmsə, 10 mil əlavə ərazidə balıqçılıq və digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsi razılaşdırılıb. Xəzərin yerdə qalan ərazisi isə neytral sular elan olunub. Yəni Xəzər daxili dəniz olsa da, onunla bağlı sənədə beynəlxalq dəniz qanunvericiliyinin müəyyən elementləri daxil edilib. Xatırladım ki, bundan əvvəlki mərhələdə Xəzər dənizi sahilyanı ölkələr arasında bərabər səviyyədə bölünmüşdü. Və indiki sənəd əsasən Rusiyanın və İranın maraqlarına cavab verir. Ona görə ki, neytral sularda bu və ya digər əməliyyatların, tədbirlərin həyata keçirilməsi yalnız bütün Xəzəryanı ölkələrin razılığıyla olmalıdır. Və bu da Aktau memorandumunda öz əksini tapıb...  

Məsələ ondadır ki, hələlik formal baxımdan bu sənəd həyata keçirilməyib. Çünki Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan həmin sənədi ratifikasiya etsələr də, İran bunu etməyib. Ona görə də  Xəzərin yekun statusu mübahisəli olaraq  qalır. Və burada Rusiyanın da özəl marağı vardır. Özəl maraq əsasən Xəzər üzərindən inkişaf etdirmək istədiyi və üç qolu olacaq Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi ilə bağlıdır. Bu qollardan biri Xəzərin qərb sahili üzrə, yəni  Azərbaycan üzərindən,  ikincisi şimaldan cənuba Xəzər üzərindən, digəri isə Xəzərin şərq sahili boyu- Qazaxıstan və Türkmənistandan İrana keçməlidir. Digər tərəfdən, Azərbaycanın da iştirak etməli olduğu Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin Orta Dəhliz adlanan hissəsi yenə də Xəzər dənizi üzərindən, Qazaxıstan- Xəzər- Azərbaycan-Gürcüstan(və yaxud Ermənistan)-Türkiyə marşrutu üzrə keçməlidir. Odur ki, bu hissədə də Azərbaycanın Xəzər üzərində marağı var. Və gördüyümüz kimi, hər iki böyük Dəhliz Azərbaycan üzərində kəsişir. Bu mənada Putinin sözügedən qərarı Azərbaycana təsirsiz ötüşə bilməz.  Ona görə ki, Azərbaycan adı çəkilən Dəhlizlərin kəşişməsində yerləşən ölkədir. Və şübhəsiz ki, Rusiyanın əsas diqqət mərkəzi də Xəzər dənizi və Qazaxıstanla  yanaşı, həm də Azərbaycandır. Odur ki, Putinin bəhs edilən qərarının Azərbaycanla əlaqəsi olmaması və yaxud sərhədlərlə bağlı iki ölkə arasında bütün məsələlərin həll olunması haqda verilən siyasi şərhləri yanlış hesab edirəm. Ona görə ki, nə qədər, Xəzərin statusu bütün sahilyanı ölkələr tərəfindən ratifikasiya olunmayıb, deməli, Aktau memorandumunun özü də mübahisəlidir və Xəzərin hüquqi statusu məsələsi tam olaraq həllini tapmayıb. Bu mənada da Azərbaycanla Rusiya arasında Xəzərlə bağlı sərhəd məsələləri hələ də qalmaqdadır. 

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Oktyabr 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri