Qabağı göydə “07” ilə “hoqqa” verən sürücü yol boyu təhlükə saçdı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Bakı-Sumqayıt yolunda kobud qayda pozan sürücü avtomobilin videoregistratoruna düşüb. Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 31-də saat 23:47 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, “VAZ-2107” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə təhlükəylə üz-üzə qoyub. Sürətlə yenidən sağa manevr edən “VAZ” sürücüsü yol boyu zolaqdan-zolağa keçərək hərəkətdə olan digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb. Eyni zamanda o, maşının yaylarını kəsərək ön hissəsini qaldırıb.
Qeyd edək ki, video sosial şəbəkədə müzakirələrə səbəb olub. Hadisənin şahidi olan istifadəçilərdən biri, hətta sözügedən sürücünün irəlidə “iki təkər” qaldırdığını bildirib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 02 İyun 2025 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















