Icma.az
close
up
RU
“Qaçqınkom” təkcə Biləsuvarda təmirə yarım milyon pul xərcləyir

“Qaçqınkom” təkcə Biləsuvarda təmirə yarım milyon pul xərcləyir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağda böyük işlər görülür. Yeni yaşayış massivləri salınır. Uzun illər məcburi köçkün statusu ilə ölkənin müxtəlif yerlərinə sığınan insanlar dəbə-baba yurduna qayıdır. Amma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün şəhərciklərindəki fərdi yaşayış evlərinə büdcədən böyük pullar xərcləməkdə davam edir. Bu məqsədlərlə tenderlər keçirilir, müxtəlif şirkətlər qalib elan olunur.

Bizimyol.info xəbər verir ki, komitə bu dəfə Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbədəki evləri təmir etdirmək üçün büdcədən böyük pullar ayırıb. Söhbət yarım milyon manata yaxın vəsaitdən gedir. Bu məqsədlə tenderin qalibi isə “PARTCON” Məhdud Məsuliyyətli Cəmiyyət elan olunub. Konkret məbləğ 429 min 106 manat 28 qəpikdir.

Bəs hansı işlər görüləcək? Nəzərdə tutulan işlərin siyahısına baxanda ilk növbədə söküntü işləri diqqət çəkir. Məsələn, dam örtüyünün sinkli metal şiferdən olan yararsız hissəsinin sökülməsi; yararsız su ötürücü boruların, xarici divarların, həmçinin daxili divarların yararsız suvağının, yararsız pəncərə bloklarının sökülməsi... Bundan başqa, xarici divarların, eyni zamanda daxili divarların köhnə rənginin qaşınıb təmizlənməsi kimi işlər də siyahıda yer alıb.

Əlbəttə, başqa işlər də görüləcək. Bütün bunlara az qala, yarım milyon manat xərclənəcək.

Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşı kimi, keçmiş məcburi köçkünlərin də həyat şəraiti yaxşı olmalıdır. Yəqin ki, onlar daha “məcburi köçkün” statusuna ehtiyac duymur, tamhüquqlu yaşam arzusundadır. Amma işğal dövründə alışdığımız məsələlər çox köhnəlib. Məcburi köçkünlər üçün yeni həyat imkanları yaradılmalıdır. Divarların qaşınmasına onminlərlə, yüzminlərlə manat ayrılır. Nə ehtiyac var? Həmin vəsaiti daha uyğun istiqamətdə xərcləmək olar.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 İyul 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri