Qadın 5 yaşlı qızı aclıqdan öldürdü
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada qadın 5 yaşlı qızı aclıqdan öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Petropavlovsk-Kamçatski şəhərinin Akademik Kurçatov küçəsində baş verib.
Məlumata görə, qadın uşağın qəyyumudur və onun anadangəlmə xəstəliyi olduğunu bilib. O, ötən ilin martından bu ilin yanvarına kimi yaşadıqları evdə uşağı qidalanmadan məhrum edib.
Qadın qızın bədəninin tükənməsi əlamətlərinə məhəl qoymayıb, həmçinin tibbi tövsiyələrə əməl etməyib. Bu isə kaxeksiyaya və pnevmoniyaya səbəb olub. Nəticədə uşaq xəstəxanada ölüb.
Hazırda qadına qarşı “Azyaşlının son dərəcə amansızlıqla qətlə yetirilməsi” maddəsi ilə cinayət işi açılıb. O saxlanılaraq, həbs edilib.

Qəyyum qadın azyaşlı qızı aclıqdan öldürdü
29 Avqust 2025 12:21
60 yaşlı qadın özünü öldürdü
08 Fevral 2025 19:55
Bərdədə 36 yaşlı qadın özünü öldürdü
19 Dekabr 2024 19:35
Bakıda qadın 46 yaşlı sevgilisini öldürdü
19 Avqust 2025 14:31
39 yaşlı qadın ərini öldürdü Bakıda
05 Avqust 2025 11:09

