Qəyyum qadın azyaşlı qızı aclıqdan öldürdü
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Kamçatka diyarında 44 yaşlı qəyyum qadına 5 yaşlı qızı aclıqdan öldürüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, 2024-cü ilin yanvarından 2025-ci ilin yanvarına qədər rusiyalı qadın əlil qız uşağını qəyyumluğa götürüb. O, uşağı normal qidalanmadan məhrum edib, açıq havada gəzməyə aparmayıb, müalicəvi bədən tərbiyəsi masajı etdirməyib, həmçinin onu loqoped və defektoloqa aparmayıb. Bütün bunlar uşağın orqanizminin tükənməsinə səbəb olub və körpəni xilas etmək mümkün olmayıb.
Qəyyum qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (“Qəsdən adam öldürmə”) və 156-cı maddəsi (“Yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi üzrə vəzifələrin icra edilməməsi, azyaşlıya qarşı qəddarlıqla birləşdirildikdə”) üzrə ittiham olunur. O, özünü təqsirli bilmir.
Bildirilib ki, istintaq orqanları həmçinin qəyyumluq orqanlarının fəaliyyətini də araşdırır, onların üzərinə səhlənkarlıq ittihamı ilə cinayət işi açılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















