Icma.az
close
up
RU
Qadın cinsiyyət sisteminin bəzi patologiyaları və sonsuzluq

Qadın cinsiyyət sisteminin bəzi patologiyaları və sonsuzluq

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bildiyimiz kimi, normada qadının xromosom dəsti 46, XX olur. Nadir hallarda yenidoğulmuş qız uşağında xromosom dəsti 45, X olur.

Belə uşaqlarda boyun, xarici və daxili cinsiyyət üzvlərinin inkişafdan qalması və digər patoloji hallar qeyd edilir.

Yetkinlik dövrünə çatmış belə qadınlarda sonsuzluq olur. Əfsuslar olsun ki, sonsuzluğun bu növü heç bir müalicəyə də tabe olmur.

Qadın cinsiyyət sisteminin anadangəlmə patologiyaları (uşaqlığın, uşaqlıq borularının, yumurtalıqların olmaması, uşaqlıq infantilizmi, uşaqlığın öz quruluşunda olan qüsurlar və s.) da sonsuzluğun səbəbi ola bilərlər. Xoşbəxtlikdən bu cür anadangəlmə patologiyalar çox nadir hallarda təsadüf edilir.

Yəhərvari və ya ikibuynuzlu uşaqlıq – uşaqlığın anadangəlmə patologiyaları arasında daha çox təsadüf edilir. Birinci halda uşaqlığın dib hissəsi onun daxilinə doğru “içəriyə” əyilmiş olur ki, bu da müayinə vaxtı yəhər formasını xatırladır. İkibuynuzlu uşaqlıq zamanı çəpər vasitəsi ilə uşaqlıq iki hissəyə bölünür.

Bəzi hallarda bu patologiyaları olan qadınlar heç bir müalicə aparılmadan hamilə olub, hamiləliyi sonadək çatdıraraq uşaq doğa bilirlər. Ancaq əksər hallarda, bu patologiyalar zamanı, uşaqlıq və yumurtalıqlar kifayət qədər inkişaf etmədiyi üçün, qadınlarda aybaşı və dölyaratma funksiyaları da müəyyən dərəcədə pozulmuş olur.

Uşaqlığın istənilən növ anadangəlmə qüsurları da hamiləliyin sona qədər daşınmaması və sonsuzluğa səbəb ola bilər.

Sonsuzluğa səbəb ola bilən uşaqlığın patologiyalarından biri də uşaqlıq infantilizmi (“qız uşaqlığı”) adlandırılan xəstəlikdir. Bu halda cinsi inkişaf dövrünə çatmış olan qadının uşaqlığının ölçüləri normal halda olduğundan kiçik olur. Bu hal yalnız uşaqlığın deyil, bütün orqanizmin anadangəlmə patologiyası ola bilər. Bələ qadınlarda əsasən aşağıdakı əlamətlər qeyd olunur: yuxarı və aşağı ətrafların uzun olması, boyun hündür olması, bədənin gövdə hissəsinin qısa olması, çanağın dar olması, qadınlara məxsus tipik tüklənmənin olmaması, süd vəzilərinin zəif inkişaf etməsi, qeyri-mütəmadi baş verən aybaşılarda qan ifrazının da çox az olması, ovulyasiyanın olmaması.

Digər tərəfdən, əksər hallarda belə də olur ki, qadın adi qadınlıq göstəricilərinə malik olur və yalnız sonsuzluğa görə müayinə olunduğu zaman onda “qız uşaqlığı” olduğu aşkar edilir. Hər iki halda ümidsizliyə qapanmaq lazım deyil. “Uşaqlıq infantilizmi” diaqnozu son hökm deyil. Vaxtında başlanan hormonal müalicə, ədətən, yaxşı nəticə verir – uşaqlıq lazımı ölçülərə qədər “artır”, aybaşılar normal xarakter alır, dölyaratma funksiyası bərpa olunur.

Uşaqlığın olmaması və ya onun hamiləlik ilə bir araya sığmayan digər patoloji hallarında qadın üçün uşaq olmasının yeganə yolu surroqat analıq hesab olunur.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri