Qadın nazir döyüldü, maliyyə naziri lüt soyunduldu Nepalda hökumət binaları yandırılıb (FOTOLAR)
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sentyabrın 4-də Nepalda sosial media platformalarının bağlanması və korrupsiya iddiaları ilə başlayan etirazlar dağlası artıq ölkəni alova bürüyüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazir Olinin istefasından sonra gərginlik azalmaq əvəzinə, daha da artıb.
Məlumata görə, etirazçılar XİN binasına hücum çəkərək, orada sabiq Baş nazir Şer Bahadur Deuba və onun həyat yoldaşı, hazırkı xarici işlər naziri Arzu Rana Deubanə döüyb təhqir ediblər: "Bununla kifayətlənməyən etirazçılar XİN binasına od vurublar. Daha sonra parlament və Maliyyə Nazirliyinin binası yandırılıb. Üstəlik, Nepalın maliyyə naziri qəzəbli etirazçılar tərəfindən linç edilib, onu lüt soyundurub, şaya ataraq döyərək alçaldıblar..."
“The Kathmandu Post” yazır ki, az əvvəl Ali Məhkəmə binası da yandırılıb.
Hökumət binalarına edilən bu hücumlardan sonra Nepal ordusu, polisi və yüksək vəzifəli məmurları etirazçıları təmkinli olmağa və siyasi dialoqa çağırıblar. Lakin bunun təsiri olmayıb.
P.S. Nepalın maliyyə nazirinin döyülmə səhnəsi ilə buradan tanış ola bilərsiniz:
https://www.youtube.com/shorts/jwXCaFNNLew
Lamiyə Əhmədli
MİA.AZ






