Icma.az
close
up
RU
“Qadının adını hər kəsin yanında çəkmək olmaz, bəyəm medal verirlər?”

“Qadının adını hər kəsin yanında çəkmək olmaz, bəyəm medal verirlər?”

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dostlar arasında, efirlərdə və s. söhbət edərkən xüsusilə kişilərin həyat yoldaşları haqqında “üzr istəyirəm, həyat yoldaşım/uşaqlarımın anası” dediyini hər birimiz eşitmişik. Öyrəncəli olduğumuz üçün bu ifadələr bizə qəribə gəlməsə də, son dövrlər buna etiraz edənlər də var.

Sosial şəbəkələrdə gedən müzakirələrdə qadınların da öz həyat yoldaşları haqında “üzr istəyirəm” deməsinin normal olmadığını bildirirlər.

Bəziləri qeyd edir ki, "ailə", "övlad", "həyat yoldaşı" söyüş və ya əxlaqsız sözlər olmadığından üzr istəmək yersizdir və bu, hörmət əlaməti sayıla bilməz. 

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan tarixçi-etnoqraf Təvəkkül Səlimov ailə üzvlərindən danışarkən insanların üzr istəməsini müsbət qiymətləndirir. Onun sözlərinə görə, bu cür danışıq tərzinin dini və tarixi əsasları var:

“52 ildir ailə-məişət münasibətləri ilə bağlı tədqiqat aparıram. Çox sayda kitabım çap olunub. “Uşaqların anası”, “uşaqların atası” ifadələrini normal qəbul edirəm. Qabaqlar “külfət” deyərdilər. Bu söz ədəbi dildə də var. “Uşaqların anası/atası” ifadələri qədim tarixə malikdir. Ən azı orta əsrlərdə ananın adının çəkilməsi qəbuldilməz sayılırdı. Həm milli adət-ənənələr baxımından, həm də dini nöqteyi-nəzərdən sayılmazdı. Ana haqqında danışılanda “uşaqların anası” deyirdilər. İndinin özündə də bəzi bölgələrdə qadının adının çəkilməsi əskiklik hesab olunur. O elə bir varlıqdır ki, ona and içmək olar. Hər şey üçün yeri gəldi-gəlmədi ad çəkmək olmaz. Mən şəxsən bunu təsdiq edirəm ki, “uşaqların anası/atası” deyilməlidir və burada qeyri-adi heç nə yoxdur. Çox gözəl idfadələrdir. Azərbaycan dilində bu qədər gözəl ifadələr çox azdır. Olanların da üstündən xətt çəkirik. Bu gün ailə məsələsi televiziyaların gündəminə çevrilib. Evlənməyən, ailənin nə olduğunu bilməyən adamlar çıxıb yekə-yekə danışır. Adam quruyub qalır ki, bunlara bu səlahiyyəti kim verib? 

Müsəlman dünyagörüşünə görə, qadının adını hər kəsin yanında çəkmək olmaz, ancaq doğmalar arasında ad çəkmək olar. 
İslam bunları qəbul etmir. İslam qadına böyük hörmət bəsləyir. Quranda ayə var ki, allahdan sonra yaradıcı qüvvə valideyndir. Təsadüfən deyilmir ki, cənnət anaların ayaqları altındadır”. 

Etnoqraf söyləyib ki, qadına, uşağa görə, üzr istəmək ona olan yüksək hörmətin göstəricisidir:

“İslam hicabı, çadranı niyə ortaya atıb? Zamanında bunlar peyğəmbərin öz ailə üzvlərini kənardakılar görməsin deyə tətbiq elədiyi bir şey idi. Müxtəlif islami dəyərlər qadının qapadılması demək deyil. Guya deyirlər ki, islam dini qadınlara hörmət etmir. İslama yaxından bələd olmayan, Quranı mütaliə edib onu dərk etməyən, islami dəyərləri bilməyənlər çox vaxt islama qarşı Avropa dünyagörüşündən çıxış edərək hücuma keçirlər. 
Mən din adamı deyiləm, sadəcə oxuyan adamam. İslam qadına qarşı feodal, patriarxal münasibət deyil, sadəcə olaraq qadını yüksək qiymətləndirir. Peyğəmbər deyirdi ki, mənim qadınlarımın üzünü mən görməliyəm, başqası niyə görməlidir ki?! Ona görə ki o qadına dəyər verirdi. 
Mən də şəxsən o fikirdəyəm ki, qadın bütün parametrlər üzrə qorunmalıdır. “Dəmir ledi” adlandırılan Marqaret Tetçer deyirdi ki, qadınlarla kişilərin hüquq bərabərliyi yanaşı olanda qadınlar kişiləri üstləyəcəklər. Görürsünüz, indiki halda müəyyən fəsadlar ortaya çıxır. Təsəvvür edin ki, evlənəndən daha çox boşanan var. Elə şeylər var ki, o doğrudan da qapalı olmalıdır. Qız jurnalist də işləyə bilər, müəllim də. Mənim qızım da işləyir, amma elə sahələr var ki, qadın üçün deyil, başa düşürsünüzmü? 

Eşidirik ki, hansısa qıza, qadına təcavüz olunub. Avropada bəyəm belə şeylər olmur? Belə işlərin üstünü bağlayırlar. Biz isə dərhal çıxırıq televiziyaya ərimizin, arvadımızın nəyi var qoyuruq ortaya. İnsan ailəsinin söhbətini bayıra çıxarmaz. Ailənin söhbəti nəinki kənar adamlara, hətta bacıya belə deyilməməlidir. 

“Uşaqların anası”, “uşaqların atası” çox mədəni ifadələlərdir. Məsələn, kimsə “yoldaşımın adı Məhəbbətdir” deyəndə o şəxsə medal verirlər? Burada bir halallıq var”, - deyə o söyləyib.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri