Icma.az
close
up
RU
Naz çəkmək istəmirlər, rahat boşanma qərarı verirlər

Naz çəkmək istəmirlər, rahat boşanma qərarı verirlər

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün əvvəl Dövlət Statistika Komitəsi nikah və boşanmalarla bağlı rəsmi rəqəmləri açıqlayıb. Qeyd olunur ki, 2024-cü il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb. Nikahların sayının 2023-cü illə müqayisədə azaldığı, boşanmaların sayının isə eyni qaldığı bildirilir.

Rəsmi açıqlanan rəqəmlər həmişə olduğu kimi cəmiyyətdə narahatlıq doğurub. Azərbaycan ictimaiyyətində boşanmalarla bağlı müxtəlif səbəblər göstərilir. 

Ölkə.Az boşanma mövzusu ilə bağlı klinik psixoloq Fuad Əsədovun fikirlərini öyrənib. Boşanmaların artma səbəblərinin çox olduğunu deyən psixoloq bunu 2 qrupa bölüb:

“Birincisi, modern dövrün gətirdiyi yeni gözləntilər və cütlüklərin bu gözləntiləri qarşılaya bilməməsidir. İkinci səbəb də əvvəllər boşanmağa əngəl olan məsələlərin aradan qalxmasıdır. 
Birinci tip boşanmalara o aiddir ki, indi texnologiya, internet, sosial şəbəkə əsridir.  İnsanlar asanlıqla milyonlarla insanın həyat tərzini görə bilirlər və bu, hər kəsdə bir gözlənti yaradır. İstəyirlər ki, onlar da o cür həyatı yaşasınlar. Tutaq ki, xanımlar istəyir ki, onların ərləri də onları səyahətə aparsın, onlara restoranda çox gözəl evlilik ildönümü və yaxud daha romantik vaxt keçirsin. Kişilərdə də eyni şəkildə xanımlarından gözləyirlər ki, nəsə onlara hörmət və ya qəhrəman kimi hiss etdirmək adına daha maraqlı şeylər eləsinlər, qadın kişini daha yaxşı hiss etdirsin. Çünki hər kəs sosial mediada o qədər fərqli və rəngli paylaşımlar görür ki, insanlar bunu özləri də yaşamaq istəyir. Gözləntinin bu qədər çox və dəyişkən olduğu bir dünyada aydın məsələdir ki, əksər hallarda bu gözləntilər suya düşəcək, yerinə yetməyəcək. Bu da məyusluğa, problemə, konfliktə gətirib çıxarır”. 

F.Əsədov hesab edir ki, bəzi yaşam kouçlarının və ictimai insanların açıq bir şəkildə insanlara verdiyi “öyüdlər” də boşanmalara mənfi təsir göstərir:

“Çünki insanları öz sərhədlərini qorumaq bəhanəsi altında buna yönləndirirlər ki, əgər həyatınızda qanınızı qaraldan insan varsa, özünüzü boşuna yormayın, ondan ayrılın. Siz reabilitasiya deyilsiniz”, “kimisə dəyişdirən deyilsiniz” ya da “kimsə üçün nəsə etməli deyilsiniz” tipli fikirlər səsləndirilir. Bu fikirlər, əlbəttə, müəyyən nöqtəyə qədər doğrudur, amma indi elə bir həddə çatıb ki, insanlar münasibətlərdə çəkməli olduqları nazı belə çəkmirlər.
Bir münasibət o qədər asanlıqla bitirilə bilməz. Bir konflikt yaranırsa, onun həll yolunu da axtarmaq lazımdır. Tərəflər bir-birinə qarşılıqlı güzəştə getməlidirlər.  Amma sanki bu cür fikirlərin təsiri ilə güzəştə getmək və bir-biri ilə empatiya qurub başa düşmək minimum səviyyəyə enir. Bu da təbii ki, boşanmaların sayını artırır”. 

Psixoloqun sözlərinə görə, boşanmalara normal baxılması və maddiyyat məsələsi də da statistikaya təsir edir:

“İkinci tip boşanmalara, yəni əvvəllər boşanmağa əngəl olan səbəblər aradan qalxmasına cəmiyyət basqısı aiddir. Əvvəllər boşanmış insana, xüsusilə qadına daha pis baxırdılarsa, indi daha normal yanaşılır. Onların həyatları nisbətən daha rahat olur. Bəzən heç problem yaşamırlar. 
İndi müasir dövrün gətirdiyi azadlıq və norma analayışının dəyişməsi insanların boşanma ilə bağlı daha rahat qərar verməsinə gətirib çıxarır. 

Təbii ki, maddiyyat məsələsi də önəmlidir. İndi keçmiş dövrlərə nisbətən daha çox qadın təhsil alır, işləyir. Əvvəllər isə bu daha az idi. Ona görə də hansısa məqamda bir qadın əvvəllər boşanmaq istəyəndə ikinci dəfə düşünüb deyirdi ki, yox, bu mənim üçün maddi cəhətdən çətin olacaq, boşanmayım. İndi bu əngəl aradan qalxdığı üçün emosional və ya hər hansı bir problem olduqda daha rahat boşanma qərarı verilə bilir”.

Billurə Yunus
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri