Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

“BELƏ CƏRİMƏLƏR QANUNSUZ SAYILIR... Bu barədə yayılan məlumatlar yanlışdır”

“BELƏ CƏRİMƏLƏR QANUNSUZ SAYILIR... Bu barədə yayılan məlumatlar yanlışdır”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib, müxtəlif aktual məsələlərlə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, son günlər fərdi yaşayış evlərinin ətrafında gül-çiçək, ağac əkilməsi və ya avtomobil saxlanılmasına görə İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsi ilə məsuliyyət yaranması barədə yayılan məlumatlar yanlışdır. Deputat qeyd edib ki, bu məsələ ilə bağlı ona çoxsaylı müraciətlər daxil olur və insanlar sözügedən normanın nə vaxt məcəlləyə daxil edildiyini soruşurlar.

Qüdrət Həsənquliyev deyib ki, İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsində yalnız torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan şəkildə istifadə edilməsinə görə cərimə nəzərdə tutulur və bu norma ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarına aid inzibati xətalar çərçivəsində tənzimlənir.

O bildirib ki, Torpaq Məcəlləsinin müvafiq maddələrinə əsasən torpaqlar kateqoriyalara bölünür və yaşayış məntəqələrinin torpaqları da bu kateqoriyalardan biridir. Deputat qeyd edib ki, yaşayış məntəqələrində ümumi istifadədə olan torpaq sahələrinə küçələr də daxildir və bu səbəbdən yol kənarında ağac və ya gül əkən vətəndaşlar bunu şəxsi məqsədlə deyil, ümumi istifadə üçün edirlər.

Millət vəkili vurğulayıb ki, inkişaf etmiş ölkələrdə yolların kənarında yaşıllıqlar bələdiyyələr tərəfindən salınır və vətəndaşların bu təşəbbüsü əslində təşəkkürlə qarşılanmalıdır. O əlavə edib ki, fərdi yaşayış evlərinin qarşısında avtomobil saxlanmasına görə cərimə tətbiqi üçün müvafiq yol infrastrukturu – asfalt, nişan və xətlər olmalıdır, əks halda belə cərimələr qanunsuz sayılır.

Qüdrət Həsənquliyev deyib ki, Bakıda parkinq yerlərinin sayı çox azdır və vətəndaşların avtomobillərini saxlamaq üçün alternativ imkanları məhduddur. O bildirib ki, inkişaf etmiş şəhərlərdə, o cümlədən Londonda parkinq yerlərinin sayı avtomobillərin sayından iki dəfə çoxdur, Azərbaycanda isə bir parkinq yerinə 42 avtomobil düşür. Deputat qeyd edib ki, bu məsələ dəfələrlə parlamentdə müzakirə olunub.

O vurğulayıb ki, şəhərdə yaşıllıq az olduğuna görə oksigen səviyyəsi normadan 29 faiz aşağıdır və bu da insanların özlərini yorğun hiss etməsinə və immunitetlərinin zəifləməsinə səbəb olur. Deputat hesab edir ki, bu kimi məsələlər ətrafında əsassız müzakirələr aparmaqla cəmiyyəti narahat etməyə ehtiyac yoxdur.

Qüdrət Həsənquliyev ABŞ prezidenti Donald Trampın Konqresə göndərdiyi məktubdan sonra İranda müharibənin bitməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Bu qənaətə gəlmək üçün hələ tezdir və ABŞ gəmilərinə qarşı mümkün hücumlar yeni hərbi eskalasiyaya səbəb ola bilər.

Deputat bildirib ki, Körfəz ölkələrinin sürətlə silahlanması onların müharibəyə qoşulacağı anlamına gəlmir. O qeyd edib ki, çoxlu silaha sahib olmaq güclü ordu demək deyil və bu məsələdə əsas amil idarəetmə, təlim və insan kapitalıdır.

Qüdrət Həsənquliyev amerikalı analitik Kenneth M. Pollackın “Why Arabs Lose Wars” əsərinə istinad edərək deyib ki, ərəb ölkələrinin müharibələrdə məğlub olmasının əsas səbəbləri avtoritar idarəetmə, təşəbbüsün məhdudlaşdırılması, səhvlərin gizlədilməsi, mərkəzləşmiş komandanlıq və zəif logistika ilə bağlıdır: "Belə ordularda kadrların seçimi meritokratiya əsasında deyil, şəxsi əlaqələrə görə aparılır və bu da hərbi effektivliyi azaldır. Müharibələrdə qələbəni yalnız silah deyil, həm də idarəetmə mədəniyyəti, peşəkar institutlar və savadlı insan resursları təmin edir. Əsgərlərin savad səviyyəsi də mühüm rol oynayır və inkişaf etmiş ölkələrdə bu göstərici yüksək olduğu halda, bəzi ərəb ölkələrində daha aşağıdır. Cəmiyyətin ümumi inkişaf səviyyəsi və hakimiyyətlə xalq arasında münasibətlər də ordunun gücünə təsir edir".

Deputat hesab edir ki, ərəb ölkələrinin münaqişəyə dərhal qoşulmaması yalnız müharibənin genişlənməsi qorxusu ilə bağlı deyil. Belə ki, Pollackın qeyd etdiyi problemlər İran ordusu üçün də müəyyən mənada keçərlidir.

Qüdrət Həsənquliyev vurğulayıb ki, İran rəhbərliyi ABŞ ilə sülhə nail olmaq və yeni müharibənin qarşısını almaq üçün ciddi səylər göstərməli və islahatlara başlamalıdır. O sonda qeyd edib ki, hazırkı vəziyyətdə tərəflərdən heç biri özünü məğlub hesab etmədiyi üçün münaqişənin yenidən alovlanma ehtimalı yüksək olaraq qalır.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 May 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri