Icma.az
close
up
RU
Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­covdan yeni yazı

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­covdan yeni yazı

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Telman ORUCOV

Qadın təbiətin yaratdığı möcüzələrdən biridir, insan nəslinin artmasında, davam etməsində onun fövqəladə iştirakını heç kəs inkar edə bilməz. Qadına məhəbbət ömrü çiçəkləndirir, dünyanı idarə edir. İnsana müvəqqəti olaraq hakim kəsilən və məhəbbətə əks olan nifrət isə kordur, onu daşıyanın və ətrafındakıların həyatına zəhər qatır. İnsan heç bir canlı ilə müqayisə edilə bilməz, onun təkcə əqlə və hisslərə sahibliyi, təbiətin yaratdıqlarının hamısından onu fərqləndirir. İnsan, əqli qabiliyyətinə və hissiyyat zənginliyinə görə tam başqa varlıqdır və buna görə də Yer kürəsi bütün planetlərdən seçilməklə, onun yaşadığı yeganə məkana çevrilmişdir.   

 Əlbəttə, qadın uşaq doğub həyata gətirməkdə vahid canlı növ deyildir, məməlilərdə də dişi cinsdən olan heyvanlar bala verməklə, öz növlərinin yaşamasının davam etməsinə mühüm xidmət göstərirlər. Lakin qadının təkcə balanı bədəninin bir hissəsi kimi yetişdirməsi, doğması, qidalandırması oxşar qaydada baş versə də, onun övladını böyütməsinə fərqli qaydada çəkdiyi ağır zəhmətə görə, o, başqa canlılara heç cür bənzəmir. Dişi heyvan balanı bətnində gəzdirir, ağrıların əzabına dözərək onu doğur, ilk andan mayalandırma da daxil olmaqla onu qidalandırmasını davam etdirir. Lakin yenidən boğaz olduqdan sonra öz balasının təkcə döş südü ilə qidalandırmasını kəsmir və yeni bala doğduqda isə əvvəlkinin ana qayğısına olan ehtiyaclarını nəinki unudur, onlarla əvvəlki yaxın əlaqəsini bütünlüklə dayandırır. Bəziləri hətta əvvəlki həyat verdikləri varlıqlar ilə birgə yaşamaqlarını da unudur.

Qadın isə övladlarına öz həyatının, bütöv dünyasının ayrılmaz bir hissəsi kimi baxır, diqqətini, əri də daxil olmaqla digər ailə üzvlərindən daha çox övladına, onun fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə yönəldir. Bəzi xalqlarda övlada diqqət, ərə əvvəlki adi qayğı göstərmək vəzifəsini də yaddan çıxarır. Misal üçün, çinlilər bir müddət rus qadınları ilə ailə qurmağa can atırdılar, onların fiziki gözəlliyi də çinli kişilərin diqqətini cəlb edirdi. Çində başqa ölkələrdən fərqli olaraq, kişilərə nisbətən qadın cinsindən olanlar azlıq təşkil edir və ona görə də ürəkləri istəyən qızı tapıb, onunla evlənmək, ailə qurmaq cəhdi burada o qədər də asan məsələ deyildir. Hind-Çin yarımadasındakı Tailandda isə iki cins arasında qızlar, qadınlar çoxluq təşkil edir və onlar da ər üçün olan kişiləri, oğlanları çətin tapırlar, çinlilərdən tam fərqli olan başqa bir problemlə üzləşirlər.

Son vaxtlarda isə çinli kişilərin rus qızları ilə evlənmək həvəsi xeyli azalmış, belə nikahların sayı kəskin sürətdə aşağı düşmüşdür. Çinli ailə sahibləri digər Şərq xalqlarına məxsus olan qaydada, arvadın ona daim qayğı göstərməsinə, qulluq etməsinə, hətta əzizləməsinə ehtiyac duyurlar. Bunlar icra şəraitində real olaraq öz əksini tapmadıqda, onlar qadınlarının özlərinə bəslədikləri münasibəti laqeydlik kimi izah edir və bəzən belə münasibətə dözməyib, hətta evliliklərinə son qoyurlar.

Çinli kişilər, rus qadınları ilə birgə nikahda yaşamasına olan həvəsin bütünlüklə aradan qalxmasını, həm də arvadlarının övlad doğduqdan sonra, bütün diqqətlərini və vaxtlarını ona həsr etdiyi ilə, ərin umduğu təbii qayğını və xidməti yaddan çıxardıqları ilə əlaqələndirirlər. Onlar rus qadınlarında övladın dünyaya gəlməsi ilə meydana gələn bu metamorfozanı anlamır, başa düşmək istəmirlər. Ona görə də ailə münasibətlərində soyuqluq yaranır və laqeydliyə, arvadının biganəliklərinə dözməyi bacarmayanlar nikahı pozmaq qərarına gəlirlər. Çinli kişilər həm də bir cəhəti də əsas götürürlər ki, rus qadınları uşaq doğduqdan sonra əvvəlki gözəlliklərini asanlıqla itirirlər, onlar sürətlə yaşa dolmağa, qocalmağa başlayırlar, fiquraları da öz cazibədarlığını itirir, az sonra hətta əvvəlki gözəllikdən əsər-əlamət də qalmır. Övlada daha çox bağlılıq, ərə olan hərarətli münasibətin azalmasına, hətta yoxa çıxmasına səbəb olduğundan, belə arvadla birgə yaşamağın çətin olduğu qərarına gələn kişilər, ailənin dağılması variantı kimi ağır bir həll yolunu seçirlər. Çünki onlar hiss edirlər ki, heç də arvadlarının təbiətini dəyişdirmək iqtidarında deyillər, çünki arzuladıqları uşaq dünyaya gəldikdən sonra onlar ana rolunu oynamağa başladıqda, özlərini əsasən körpəyə olan vacib qulluğa həsr etməklə, bu yolla ailənin dağılmasına səbəb olurlar.

Təbiət insanı böyük müxtəliflikdə yaratdığı kimi, onun ömrünə də müxtəlif rakurslardan yanaşaraq, bu məsələdə də bəzən arzu olunmayan rəngarəngliyə yol verir. Kişilər arasında da, qadınlar kimi sürətlə qocalma halları mövcuddur, böyük rəssam olan təbiət onun sifətinə və fizionomiyasına da tutqun yaxmalar əlavə etməmiş qalmır. Ritorika sahəsində müəyyən təcrübəyə və istedada malik olan dostum, bu prosesi "meymunlaşma" adlandırır. Bəlkə də bu, bir qədər sərt qiymətdir, lakin o, real misalları əsas götürərək, həyatdakı bir neçə tanınmış şəxsin canlı nümunəsi barədəki öz şəxsi müşahidəsini ön plana çəkməklə, rəyinin təsdiqinə nail olur və bununla razılaşmamaq hallarını və irəli sürülən şübhələri aradan qaldıra bilir. Təəssüf ki, biz  stereotiplərə aludəçiliyimizə görə, tarixi şəxsiyyətlərin aforizmlərinə daim müraciət etməklə, ətrafımızdakıların hətta sərrast sözlərinə də qulağımızı yumur və qəbul etməmək nişanəsi kimi onlara ağız büzürük.

Axı hətta, bizim müdrik ifadələrindən sitat gətirdiklərimiz  dahi şəxslər də öz dövründə lazımınca qiymətləndirilməmişdi. Böyük mütəfəkkir Volterə və istedadlı diplomat Taleyrana qarşı ədalətsiz laqeydlik göstərilirdi, birincinin Maarifçiliyə töhfələri nəzərə alınmayıb, dinsizliyinə, ikincisinin isə, Napoleonun məğlubiyyətindən sonra "legasy" -"irs" terminini ortaya atmaqla, Fransanın ərazi bütövlüyünü qoruyub saxlamasını unudulub, yalnız onun müxtəlif sistemlərə xidmət göstərməsinə görə, belə haqsız münasibətə əsas uydururdular. Rus yazıçıları Qoqol, Saltıkov-Şedrin, Çexov ölkədə kütləvi rüşvətxorluğun yayılmasını, axmaqlığın və yolların ən böyük problem olduğunu, itaət, kölə psixologiyası hesabına insanların həşərata -  buqələmuna çevrilməsini ifşa etsələr də, vəziyyət dəyişmirdi, düzəlmirdi. Azərbaycanlı böyük qələm sahibləri Sabir və Cəlil Məmmədquluzadə gerilik nişanəsi kimi təhsilə iyrənc münasibəti, dini inamın cəhalətlə əvəz olunmasını tənqid etdikləri halda, onlara qeyri-loyal münasibət bəslənirdi. Məşhur dövlət xadimi Uinston Çörçill II Dünya müharibəsi illərində sözdən silah kimi istifadə edirdi və bu sahədə böyük uğur qazanmışdı, lakin müharibənin başa çatmasından sonra keçirilən seçkilərdə xalq ona etimad göstərməkdən imtina etdi.

Mən indiki hədəfə dəyən söz müəllifini dahilərlə müqayisə etməkdən uzağam, çünki bu, dahilərin uca plankasını aşağılamaq cəhdi kimi başa düşülərdi. Yeganə məqsədim ondan ibarətdir ki, qoy ətrafımızdakı müsbət cəhətlərə də laqeyd yanaşmayaq, hər kəsə layiq olduğu qiyməti verək, bəzi titullara aldanıb istedadsızlara, bayağı toy müğənnilərinə olduğu kimi təzim qılmayaq. Belə münasibət cəmiyyətdəki sağlam atmosferi oksigenlə zənginləşdirməyə, heç şübhəsiz, yalnız kömək edərdi.   

Əvvəlki söhbətə qayıtdıqda, ümumiyyətlə, başqa xalqların nümayəndələri ilə ailə qurmaq sonralar bəzi siyasi və mülki münaqişələr baş verdikdə, əmələ gələn çətinliklərdən çıxa bilmədiyindən, fəlakətlə nəticələnir, ailə dağılır, günahsız məxluq olan uşaqlar bir tərəfin himayəsinə qısılmaqla, atadan, ya anadan yetim qalmaqla üzləşməli olurlar. Qədim yəhudilərin başqa tayfalara qız verib, almaq barədəki qadağası, əlbəttə, yəhudilər dünyaya yayıldıqda, diasporalar meydana gəldikdə çox hallarda pozulmağa başladı, yəhudi qızları digər xalqlardan olan kişilərə ərə getdi, yəhudi oğlanlar da az hallarda da olsa, başqa etnosa xas olan qızlarla, qadınlarla ailə qurdular.

Afrika ölkələrində avropalılar zənci qızları ilə evlənib, uşaq sahibi də olurlar. Təəssüf ki, bu nikah uzun sürmür, ailə dağılır, yetim uşaq anası ilə qalıb, doğulduğu ölkədə yaşayır. Uşaqların sifəti kül rəngində olur, buna görə onu nə ağdərililər, nə də afrikalılar qəbul edir, bədbəxtlik onları, günahsız olduqları halda izqoylara çevirir. Mən Konqoda və Anqolada sifətlərindən məhzunluq yağan belə uşaqları gördükdə, təbii olaraq, onlara yazıq gəlmək hisslərini yaşamışam.

Başqa millətin nümayəndələrinə ərə gedən qızları qınamaq da mümkün deyildir, axı onları da təbiət xoşbəxt olmaq, nəsli artırmaq üçün yaratmışdır. Qarışıq tərkibli mühitdə onlar öz millətindən olanlar barədə az seçim imkanına malik olduğundan, dini, dili ayrı olana ərə getməklə, əslində sonralar öz xalqı ilə əlaqəsini müəyyən qədər itirmiş olur.

Milli münasibətlərin kəskinləşməsi zəminində qarışıq milli tərkibli ailənin dağılması, təkcə ərlə arvad üçün deyil, uşaqlar üçün də əsl fəlakət xarakteri daşıyır. Təəssüf ki, ailə münasibəti də milli zəmində yaranan nifaqın qurbanına çevrilir. Çox hallarda bu nikah başlanğıcda əsl insani sevgiyə əsaslanırdı, milli siyasət kəskinləşdikdə isə, millətçilik ilk ağır zərbəsini məhz həmin qarışıq milli tərkibli ailələrə vurur. Ümumi təzyiqə boyun əyərək, kişi nəinki arvadını, hətta bəzən uşaqlarını da onların yaşadığı yeni ölkəyə yola salmalı olur.

İki xalqın düşmənçiliyi, bunun meydana gəlməsində isə onlardan biri daha çox qatı millətçiliyin girovuna çevrilməklə, daha böyük günaha batır, bəzi əclafların şovinist çağırışlarına boyun əyməklə, təkcə sıx qonşuluqda yaşadıqları xalqa qarşı düşmənçiliyə rəvac verməklə kifayətlənməyib, ailə üzvləri arasında da əvvəlki mühüm xoş münasibətlərin pozulmasına, ailənin özünün bilavasitə təqsiri olmadan, onun dağılmasına səbəb olur.

Hitler Almaniyasında hətta babası yəhudi olanlarla ailə qurmaq və ya intim yaxınlıq etmək qadağan edilmişdi. Ari irqinin təmizliyini qoruyub saxlamaq çağırışı yəhudilərin kütləvi sürətdə məhv edilməsinə gətirib çıxarmışdı. İrqçilik siyasəti əvvəllər nisbətən yumşaq tədbirlər təklif edirdi, yəhudilərin Madaqaskar adasına sürgün edilməsini nəzərdə tuturdu. Lakin 1930-cu illərin sonunda yəhudilərə qarşı cəza siyasəti daha sərt xarakter aldı və Hitlerin irəli sürdüyü Yeni Qayda əslində Almaniyada yaşayan yəhudilərlə yanaşı, işğal edilmiş ərazilərdə bu millətə məxsus olanların hamısının məhv edilməsini nəzərdə tuturdu. Hitlerin dünyaya ağalıq etmək istəyi baş tutmasa da, onun ən mənfur ideyasının reallaşması kimi Holokostun həyata keçirilməsi yolu ilə, 6 milyon yəhudi vəhşicəsinə qırğına məruz qaldı.

Qadın və kişi, hansı millətə mənsub olmalarından asılı olmayaraq, təbiət tərəfindən bəşər nəslini artırmaq vəzifəsini həyata keçirmək üçün nəzərdə tutulmuşdur. Burada geterocinslər arasında nəsli artırmağa imkan verməyən hansısa təbii bağlanma kodu mövcud deyildir. Heç bir milli fərq bu vacib prosesin icrasına mane olmaq gücündə, iqtidarında deyildir. Ona görə də milli fərqlər bu münasibətlərdə heç cür mənfi rol oynaya bilməz və oynamamalıdır. Hətta faraonların ailə qurmaq qaydalarının mövcud olduğu Misirdə belə bu qaydalar pozulurdu. Misir çarı, əslində özünü faraon hesab edən XII Ptolomey misirli qıza evləndiyi halda, özü yunan mənşəli idi. Ona görə də sonuncu Misir çariçası VII Kleopatranın valideynləri başqa xalqların nümayəndələri idi, özü isə hər iksi romalı olan Yuli Sezardan oğul, Mark Antonidən isə cəmi üç, o cümlədən ekiz uşaq doğmuşdu.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see167

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see133

Şiraz və Tehranda hərbi obyektlər bombalandı

20 İyun 2025 08:36see131

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see129

Dilarə Əliyevanın qardaşının SON DURUMU

20 İyun 2025 11:14see128

İsrail höküməti orduya əmr verdi: İranın Məşhəd və Təbriz şəhərləri...

21 İyun 2025 00:49see128

18 ildir evlənməyən cütlük: Özümüzü evli kimi hiss edirik

20 İyun 2025 16:40see121

46 illik ömür...

20 İyun 2025 08:17see121

Mərhum Xalq artistinin qızı adını dəyişir

20 İyun 2025 10:39see116

DSK sədri vəfat etdi

20 İyun 2025 16:21see116

Putin: İrandakı vəziyyətə baxmayaraq, Buşehr AES də işləri davam etdiririk

20 İyun 2025 21:11see116

“Bütün Ukrayna bizimdir” Putindən ŞOK AÇIQLAMALAR

20 İyun 2025 23:30see114

İran raketləri İsrailin cənubunu hədəfə aldı

20 İyun 2025 09:32see114

İran üçün sınaq, Çin üçün strateji risk İsrail müharibəsinin dərin tərəfləri

20 İyun 2025 17:50see114

Malik İsaqov vətəndaşların problemlərini yerindəcə həll etdi FOTOLAR

20 İyun 2025 17:45see114

PSJ Braziliya klubuna məğlub oldu

20 İyun 2025 07:10see113

Nazirlik 19 milyona nələr alacaq ki? Şübhə çəkən sövdələşmə var

20 İyun 2025 09:25see112

Sakinləri narahatdır: Şəkər tozu tapılmır, bahalaşma gözlənirmi?

20 İyun 2025 11:07see112

Xameneiyə sui qəsd olsa... ABŞ nədən ehtiyat edir?

20 İyun 2025 09:00see111

Televiziya və radio şirkətinin Tehrandakı binası dağıdılıb

20 İyun 2025 07:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri