Icma.az
close
up
RU
Qadınların iş saatları azaldıla bilərmi?

Qadınların iş saatları azaldıla bilərmi?

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Dövlət Dumasının üzvü İqor Antropenko qadınların ailələrinə daha çox vaxt ayırmaları üçün maaşlarını saxlamaqla onların iş gününün bir saat azaldılmasını təklif edib. Bu barədə Rusiya mediası yazıb.

“Mən zərif cinsimiz üçün əməkhaqqını saxlamaqla iş gününün ən azı bir saat azaldılmasını aktual və yerinə düşən hesab edirəm”, - TASS deputatdan sitat gətirir.

O, qadınların kişilərə nisbətən daha asudə vaxta, o cümlədən evin və ailənin qayğısına qalmaq üçün daha çox zamana ehtiyac duyduğunu vurğulayıb: “Uşaqlar evə yorğun qayıdan ana ilə üzləşirlər və bu, gənc nəsil üçün heç də yaxşı nümunə deyil”.

Deputat əlavə edib ki, qadının ailəsi və uşaqları olmasa belə, ona da gün ərzində əlavə asudə saat lazımdır. “Hazırda demoqrafik göstəricilərin yaxşılaşdırılması məsələsi var. Amma gənc xanım bütün gününü işdə keçirirsə və sonra evə yorğun gedirsə, şəxsi həyat qurmağa haçan vaxt tapacaq?” - Antropenko sual edib.

Az öncə Rusiya baş nazirinin müavini Tatyana Qolikova işə qəbul zamanı uşaq sahibi olmaq planları ilə bağlı sualı qəbuledilməz adlandırmışdı.

Azərbaycanda da belə bir qanunvericilik təşəbbüsü və ya təklif irəli sürülə bilərmi? Nəticə nə olar?

Xatırladaq ki, ötən il millət vəkili Tahir Rzayev bununla bağlı parlamentdə təklif irəli sürmüşdü. Deputat qeyd etmişdi ki, “Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib, işdən 1 saat tez getməsini təmin edən maddənin salınması vacibdir”. Deputat təklifini onunla izah etmişdi ki, işləyən qadınlar işdən gəldikdən sonra ev işləri, uşağın dərsləri ilə məşğul olurlar, ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar.

Deputatın bu fikri ilə razılaşanlar da, razılaşmayanlar da oldu. Bir sıra iqtisadçıların fikrincə, belə bir qaydanın tətbiqi qadınların işə cəlb edilməsinə mənfi təsir göstərə bilər. Ona görə ki, sahibkarlar bu halda qadınları işə götürməyə maraqlı olmayacaq. Bu da əmək bazarında kişilərin daha çox işə cəlb olunmasına səbəb olacaq. Digər tərəfdən, belə bir qanunun qəbul olunması qadınların məvaciblərinin də aşağı düşməsinə səbəb ola bilər.

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib: “Çox istərdim ki, Azərbaycanda da bu tipli qanun qüvvəyə minsin. Çünki doğrudan da qadın səhər həm uşaqları, həm həyat yoldaşını yola salır, həm də işə getmədən öncə səhər yeməyini hazırlayır ki, axşam işdən gələndə evdə hazır yemək olsun. Yəni bu qanun çox gözəl təşəbbüs olardı.

Sadəcə, belə bir qanunun istismar olunmaması üçün müəyyən mexanizmlər də nəzərdə tutulmalıdır. Çünki bəzi işəgötürənlər bu fürsətdən istifadə edib qadınları işə götürməkdən yayınmağa çalışa bilərlər. Mən də məhz bundan narahatam - bu cür bir yanaşma qadınların əmək bazarındakı iştirakını azalda bilər. Amma ümumi mənzərəyə baxanda, bu qanunun tətbiqi, əlbəttə ki, çox müsbət qarşılanar".

İqtisadçı Eldəniz Əmirov isə mövzuya bu cür şərh verib: “Ölkələrin demoqrafik siyasəti birbaşa demoqrafik göstəricilərin təhlilindən və onlarla bağlı verilən proqnozlardan sonra formalaşdırılır. Rusiyada istər doğulan uşaqlara görə ayrılan vəsait, istər qadınlar üçün iş saatının azaldılması və digər tədbirlər birbaşa əhalinin sayının azalmasının qarşısını almağa yönəlib.

2007-ci ildə belə bir proqnoz verilmişdi ki, 2025-ci ildə Rusiya əhalisinin sayı 150 milyona çatacaq. Bəs buna nail ola bildilərmi? Xeyr. Üstəlik, 10 il sonra - 2017-ci ildə yayımlanan proqnozlar daha da narahatedici idi: bildirildi ki, 2030-cu ilə qədər Rusiyada əhali artımı dayanacaq və əvəzində azalma baş verəcək, yəni əhalinin sayı 400 min nəfər azalacaq. Amma artıq 2024-cü ildə bu göstərici 600 min nəfərlik azalma ilə qeydə alındı.

Bu proses özü demoqrafik vəziyyətin sabitliyi baxımından ciddi təhlükə yaradır və artıq təxirəsalınmaz tədbirlər görülməsini zəruri edir. Nikahların sayının azalması əhalinin azalmasına, bununla da qocalmasına səbəb olur. Bu isə nəticədə əmək qabiliyyətli insanların sayının azalması, yəni işçi qüvvəsinin çatışmazlığı deməkdir. Bu baxımdan Rusiya hökumətinin miqrantlara qarşı sərgilədiyi yumşaq münasibətin arxasında da məhz bu reallıq dayanır. Mən hesab edirəm ki, bu siyasət ilk növbədə onların iqtisadi maraqlarına xidmət edir.

Azərbaycana gəlincə, düşünmürəm ki, yaxın və ya ortamüddətli perspektivdə bu cür demoqrafik dəstək proqramları - məsələn, qadınların iş saatının azaldılması və ya doğumun stimullaşdırılması ilə bağlı xüsusi qanun və ya qaydalar qəbul ediləcək. Təbii ki, belə addımların atılması arzuolunandır. Vətəndaş kimi istərdim ki, qadınlar üçün iş şəraiti daha çevik və rahat olsun, məsələn, bir saat tez işdən çıxsınlar. Amma iqtisadçı kimi düşünürəm ki, bu gün üçün belə bir qərarın həm qəbul ediləcəyi, həm də praktik olaraq özünü doğruldacağı real görünmür.

Digər tərəfdən, yəqin ki, gender bərabərliyi uğrunda mübarizə aparanlar da bu tip fərqli yanaşmalara etiraz edəcəklər".

Onu da qeyd edək ki, Azərbaycan Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilmir. Qanunvericiliyə görə, kollektiv müqavilələrdə qadınların əmək şəraitinin yaxşılaşdırılması da nəzərdə tutula bilər. Məcəlləyə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılmasından imtina oluna, həmçinin işə qəbul olunarkən onlara sınaq müddəti tətbiq edilə bilməz. Onların əmək müqavilələrinin işəgötürən tərəfindən ləğv edilməsi də qadağandır. Hamilələr, həmçinin  uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar attestasiyaya və sertifikasiyaya cəlb olunmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 Aprel 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see190

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see165

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see123

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see121

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see120

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see118

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see118

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see117

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see115

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see111

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see111

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see111

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see111

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri