Icma.az
close
up
RU
Tramp Maskı təhdid etdi: Demokratları maliyyələşdirsə...

Tramp Maskı təhdid etdi: Demokratları maliyyələşdirsə...

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp milyarder İlon Maska Demokratlar Partiyasını maliyyələşdirdiyi təqdirdə "çox ciddi nəticələrlə” üzləşəcəyi barədə xəbərdarlıq edib. 

Qaynarinfo-nun məlumatına görə, "NBC News" kanalına telefon müsahibəsində Tramp Maskı prezident vəzifəsinə hörmətsizlikdə günahlandırıb. Onun sözlərinə görə, onların şəxsi münasibətləri yəqin ki, artıq başa çatıb.

Bunun fonunda Tramp Maskla olan münasibətlərin gələcəyi ilə bağlı fikirlərini bölüşərək deyib: "Mask Demokratları maliyyələşdirsə, bu, onun şirkətlərinin - o cümlədən "SpaceX”in - hökumət müqavilələrindən kənarlaşdırılması üçün əsas ola bilər".

Həftə ərzində Mask respublikaçıların təqdim etdiyi büdcə qanun layihəsini sərt şəkildə tənqid edib, sosial şəbəkə "X”də isə Trampın impiçmentinə çağırış edən (sonradan silinmiş) paylaşım edib.

Tramp "Truth Social" platformasında yaydığı paylaşımda bildirib ki, federal büdcənin ən böyük qənaəti İlon Mask üçün nəzərdə tutulan subsidiyaların ləğvidir. "Məni hər zaman təəccübləndirib ki, Bayden bunu etməyib”, deyə o əlavə edib.

Tramp hazırda Maskın biznes əməliyyatları ilə bağlı rəsmi araşdırma aparılmasına ehtiyac olmadığını desə də, gələcəkdə bu məsələni nəzərdən keçirə biləcəyini istisna etməyib. "Mənə icazə verilsəydi, bunu edərdim”, deyə o, əlavə edib.

Respublikaçıların münasibəti və siyasi nəticələr

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə Maskın Trampa qarşı çıxışlarını "nüvə zərbəsi” ilə müqayisə edərək bildirib ki, bu addım milyarderin Trampın siyasi düşərgəsinə qayıtmasını qeyri-mümkün edir. O, Maskın qanun layihəsini tənqid etməsini "böyük səhv” adlandırıb.

Mask daha əvvəl Trampın seçki kampaniyasına mühüm maliyyə dəstəyi göstərsə də, görünür, indi respublikaçılardan uzaqlaşmağa başlayıb. Tramp isə cavab olaraq bildirib ki, bu qarşıdurma Respublikaçılar Partiyasını daha da gücləndirib və qanun layihəsinin 4 iyula qədər təsdiq ediləcəyinə əmin olduğunu vurğulayıb.

Tramp və Maskın açıq münaqişəsi

Xatırladaq ki, 5 may tarixində Tramp və Mask arasında ictimai qalmaqal yaşanmışdı. Tramp özünün "böyük və möhtəşəm” xərclər və vergi qanununu tənqid etdiyinə görə Maskdan "məyus olduğunu” açıqlamışdı. Ardınca sosial şəbəkədə "Mask dəli olub” deyə paylaşım etmişdi. Mask isə cavabında "Bu, çox açıq yalandır. Kədərlidir” deyə o, yazmışdı.

Mübahisənin fonunda Mask yeni siyasi partiya yaradacağını da elan edib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyun 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see320

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see270

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see226

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see223

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see220

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see213

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see198

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see192

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see178

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see178

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri