Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Qadınların sahibkar olmasına nələr və kimlər mane olur?

Qadınların sahibkar olmasına nələr və kimlər mane olur?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Müasir dövrdə iqtisadi inkişafın davamlılığı yalnız resurslardan yox, eyni zamanda cəmiyyətin bütün üzvlərinin, o cümlədən qadınların iqtisadi proseslərə aktiv cəlb olunmasından asılıdır. Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə qoşulması həm sosial bərabərliyin təmin olunması, həm də iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Lakin bu sahədə irəliləyişlərə baxmayaraq, hələ də bir sıra struktur və mental maneələr qadın sahibkarlığının genişlənməsinə əngəl yaradır. 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda sahibkarların təqribən 21–25%-i qadınlardır. Bu göstərici bəzi ölkələrlə müqayisədə müsbət sayılsa da, inkişaf etmiş ölkələrdə bu rəqəm 30–40% ətrafındadır. Qadın sahibkarların əksəriyyəti kiçik və orta sahibkarlıqla məşğuldur, əsas fəaliyyət sahələri gözəllik və şəxsi qulluq xidmətləri, pərakəndə ticarət, ərzaq məhsullarının istehsalı və satış sahələri, əl işləri, təhsil və uşaq baxımı mərkəzləridir. Bu fəaliyyət növləri qadınların daha çox "ənənəvi rollar" çərçivəsində sahibkarlığa başladığını göstərir. İnnovativ texnologiyalar, aqrobiznes, sənaye və yüksək riskli sahələrdə qadınların iştirakı isə hələ də məhduddur.
Araşdırmalar göstərir ki, qadınların sahibkarlığa başlamasına əsas maneələrdən biri maliyyə resurslarına əlçatanlığın aşağı olmasıdır. Qadın sahibkarlar əsasən də ilkin kapitala çıxışda çətinliklərlə qarşılaşırlar. Banklar qadınlara kredit verərkən daha ehtiyatlı davranır, zəmanət, girov tələb olunur, bu isə bir çox qadın üçün böyük əngəldir. Qadınların bir çoxunun əmlak sahibi olmaması, hətta yaşadığı evin belə öz adlarına olmaması belə çətinliklər yaradır. Daha bir maneə qadınların hüquqi və institusional biliklərinin aşağı olmasıdır. Kənd yerlərində və bəzi şəhərlərdə qadınların biznes planlaşdırılması, vergi sistemi, elektron ticarət və digər vacib biliklərə çıxışı kifayət qədər deyil. Ən böyük əngəl isə sosial və mədəni streotiplərdir. Qadınların bizneslə məşğul olmasını ailə və cəmiyyət tərəfindən "ikinci dərəcəli" fəaliyyət kimi qiymətləndirən stereotiplər hələ də aktualdır. Bu stereotiplər yalnız cəmiyyətin ümumi münasibətində deyil, eyni zamanda ailə daxilində - həyat yoldaşı, ata və ya oğulun açıq və ya gizli etirazında da özünü göstərir. Belə münasibət qadınların özlərinə inamını zəiflədir, təşəbbüskarlıq ruhunu zədələyir və onların potensialını reallaşdırmasına mane olur. 
Azərbaycanda qadın sahibkarlığını inkişaf etdirmək üçün xüsusi olaraq qadın sahibkarlar üçün nəzərdə tutulmuş güzəştli kreditlər ayrılmalı, mikromaliyyə proqramları və qrant mexanizmləri yaradılmalıdır. Bu mexanizmlər sadə və şəffaf prosedurlarla tətbiq olunmalıdır. Regionlarda və şəhərlərdə qadınlar üçün biznes planlaşdırması, rəqəmsal marketinq, e-ticarət, vergi və hüquq mövzularında praktiki yönümlü təlimlər təşkil edilməlidir. Qadınlar arasında təcrübə paylaşımı və əməkdaşlıq üçün rəqəmsal platformalar və yerli şəbəkələr inkişaf etdirilməlidir. “Qadın Biznes Klub”ları kimi təşəbbüslər dəstəklənməlidir. Medianın və sosial şəbəkələrin köməyi ilə uğurlu qadın sahibkarların hekayələrinin cəmiyyətə çatdırılması stereotipləri dağıda və yeni nəsil qadınlara motivasiya verə bilər. Amma qadın sahibkarlığının inkişafı yalnız dövlət siyasəti ilə deyil, həm də özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ilə sürətlənə bilər. Banklar, korporasiyalar və investorlar qadınlara yönəlik dəstəkləyici proqramlara daha çox yatırım etməlidir.
Çünki qadın sahibkarlığı təkcə iqtisadi bir fəaliyyət sahəsi deyil, eyni zamanda qadının cəmiyyətdəki yerini və rolunu yenidən müəyyən edir.
Azərbaycanda qadınların biznesə cəlb olunması iqtisadi artımla yanaşı, ailələrin rifahına, gələcək nəsillərin daha güclü yetişməsinə və gender bərabərliyinin təşviqinə xidmət edir. Bu səbəbdən, qadın sahibkarlığına sistemli, kompleks və strateji yanaşma zəruridir.
Çinarə Ağayeva
Biznes konsultant
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 İyul 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri