Icma.az
close
up
RU
Qadınların sevərək geyindiyi lasinlər zəhərli imiş

Qadınların sevərək geyindiyi lasinlər zəhərli imiş

Icma.az bildirir, News24 portalına istinadən.

Qadınların gündəlik həyatda idman edərkən və ya evdə geyindikləri lasinlər sağlamlığı təhdid edir.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb isə lasinlər hazırlanarkən istifadə edilən zərərli maddələrdir.

Belə ki, ABŞ-nin “The Cut” jurnalı elmi mənbələrə istinadla sosial mediada PFAS-ın (təbiətdə asanlıqla parçalanmayan kimyəvi maddələr qrupu) zərərlərinə diqqət çəkib.

ABŞ-nin Nyu York Universitetinin Moda Texnologiya İnstitutunun kimya professoru Karen Pearson bildirib ki, PFAS son 20 ildə geyimlərdə, xüsusən də suya davamlı, tər tutmayan, qoxu ilə mübarizə aparan və nəfəs ala bilən idman və açıq geyimlədə daha çox yayılıb.

Bu kimyəvi maddələr sonsuzluq, qalxanabənzər vəzinin xəstəlikləri, bəzi xərçəng növləri və xüsusilə qadınlarda hormonal sistemdə pozulmalarla əlaqələndirilir.

2022-ci ildə sağlam həyat məhsulları ilə bağlı məzmun təklif edən “Mamavation” platformasının apardığı sınaqlarda “Athleta” və “Lululemon” kimi markalara aid lasinlərdə PFAS izləri aşkarlanıb. “Lululemon” 2023-cü ildən PFAS istifadəsini dayandırdığını açıqlayıb. Bu maddələrin bir neçə yuyulmadan sonra yoxa çıxdığı bildirilsə də, bununla bağlı heç bir aydın dəlil yoxdur.

PFAS təkcə fərdi sağlamlığa təsir etmir; ətraf mühiti də təhdid edir. Yuyulma zamanı su ilə qarışaraq təbiətə yayıla bilən bu kimyəvi maddələr ABŞ-nin bəzi ştatlarında, o cümlədən Kaliforniya və Nyu Yorkda qadağan edilib. “Bloomberg”in xəbərinə görə, “Patagonia”, “Canada Goose”, “L.L. Bean”, “Nike” və “Columbia” da daxil olmaqla bir çox marka da PFAS-sız istehsala dair öhdəlik götürüb. 

Mütəxəssislər PFAS sertifikatı olmayan və təbii liflərdən hazırlanmış paltarları tövsiyə edirlər./Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri