Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Qadınların turizmdə rolunun artırılmasına dair ikinci tədbir keçirilib FOTOLAR

Qadınların turizmdə rolunun artırılmasına dair ikinci tədbir keçirilib FOTOLAR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihəni həyata keçirir.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur.

Layihənin icra müddəti: 3 aydır.

Layihə: Lerik rayonu, Bibiyanı kəndində həyata keçirilir.

Layihənin ümumi və spesifik məqsədləri

Layihənin ümumi məqsədi — regional turizmin inkişafına dəstək verməkdir.

Spesifik məqsədlər:

Turizm potensialı olan Bibiyanı kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi yolu ilə onlara dəstək vermək (monitorinq zamanı qadınların ehtiyacları dəqiqləşdiriləcək);

Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatları və vergi qanunvericiliyi barədə qadınların məlumatlandırılması;

“Koordinasiya qrupu”nun yaradılması (turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının əlaqələndirilməsi məqsədilə);

Bibiyanı turistik kəndində turist qəbulu ilə məşğul olan evləri əks etdirən (qısa məlumat və fotolarla) bukletin hazırlanması və yayılması.

Layihə çərçivəsində qadınlar üçün hər qrupda 10 nəfər olmaqla 5 təlim təşkil ediləcəkdir.

Təlimlərin mövzuları

Qadın liderliyi, qadın haqları və onların müdafiə mexanizmləri;

Vergi qanunvericiliyi və turizm sahəsində maarifləndirmə (qonaqlama təlimləri);

Turizm təsərrüfatı ilə məşğul olan ailələrdə praktiki təlimlər və təcrübə mübadiləsi;

“Koordinasiya qrupu”nun yaradılması və ailələrin turistlərə yüksək səviyyəli xidmət göstərməsi üçün dəstək;

Bibiyanı kəndi və yaxın ətrafdakı görməli yerlər barədə məlumat və şəkillərin yer aldığı bukletin hazırlanması və paylanması.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi bu layihə çərçivəsində ikinci tədbir 2025-ci il noyabrın 4-də Lerik rayonunun Bibiyanı kəndində, kənd sakini Hüseynova Tamara xanımın evində baş tutub.

Tədbirdə 12 nəfər qadın iştirak edib. Tədbiri layihənin ekspertləri Nabat Qəniyeva və Dilarə Əfəndiyeva aparıblar.

Tədbir layihə, donor təşkilat və icraçı cəmiyyət haqqında məlumatla başlayıb. Ardınca qadın haqları və onların qorunması mexanizmləri barədə təqdimat olub.
Dövlət qadın siyasəti, qanunvericilikdə qadınlara verilən hüquq və güzəştlər haqqında müzakirələr aparılıb. Beynəlxalq konvensiyalar, o cümlədən CEDAW haqqında məlumat verilib.

Qadın liderliyi və qonaqqarşılama ilə bağlı müzakirələr xüsusi maraq doğurub.
Görüş zamanı turizm sahəsində uğur qazanan qadın sahibkarların hekayələri təqdim olunub, layihələrin idarə edilməsi, marketinq və turistlərlə ünsiyyət mövzularında praktik tövsiyələr verilib.

Qadınlara “Koordinasiya qrupu”nun fəaliyyəti və məqsədləri izah edilib, könüllü olaraq qrupa qoşulmaq istəyənlər qeydiyyata alınıb.
Onlara izah olunub ki, turizm fəaliyyətində iştirak təkcə evdə turist qonaqlamaqla məhdudlaşmır – digər istiqamətlərdə də fəaliyyət göstərmək mümkündür.
“İş yerləri yoxdur” deməyin, çünki iş yerlərini siz özünüz yarada bilərsiniz. Qadınlara həm özləri, həm də digərləri üçün iş imkanlarını necə yarada biləcəkləri barədə ətraflı məlumat verilib.

  Layihənin əsas məqsədi

Təşəbbüsün əsas məqsədi — kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial imkanlarını genişləndirmək, onları turizm sahəsinə və yerli turizm xidmətlərinin inkişafına cəlb etməkdir.

Tədbir iştirakçıları kənd turizminin davamlı inkişaf, gəlir mənbəyi və milli mədəni irsin qorunması üçün mühüm vasitə olduğunu vurğulayıblar. Qeyd olunub ki, qadınlar bu prosesdə əsas hərəkətverici qüvvə ola bilərlər — qonaq evləri, milli mətbəx və əl sənətləri kimi sahələrdə öz təşəbbüslərini reallaşdıra bilərlər.

Tədbir zamanı foto və video çəkilişlər aparılıb, iştirakçılar üçün şirniyyat və çay süfrəsi təşkil edilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see282

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see250

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see219

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see155

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see151

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see144

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see143

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see136

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Abbaszadə DİM tərəfindən nəşr olunan dərs vəsaitlərini oxumaq kifayətdir , ekspert isə təhsili biznesmenlər və bu sahədən uzaq adamlar idarə edir idarə deyir

26 Dekabr 2025 09:46see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see133

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri