Icma.az
close
up
RU
QHT Lerikdə qadınların turizmdə rolunun artırılması üçün yeni layihə həyata keçirir

QHT Lerikdə qadınların turizmdə rolunun artırılması üçün yeni layihə həyata keçirir

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi “Turistik kənddə turizmin inkişafında turizm yönümlü fəaliyyətlərdə qadınların rol və hüquqlarının artırılmasına təşəbbüs” adlı layihəni həyata keçirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində, Lerik rayonunun Bibiyanı kəndində icra olunur. Layihənin müddəti 3 aydır.

Layihənin məqsədi
Ümumi məqsəd – regional turizmin inkişafına dəstək verməkdir.
Spesifik məqsədlərə isə aşağıdakılar daxildir:

Turizm yönümlü fəaliyyətlərdə qadınların ehtiyaclarının müəyyənləşdirilməsi və maarifləndirilməsi;

Qadınların turizm xidməti və vergi qanunvericiliyi haqqında məlumatlandırılması;

Turizm xidməti ilə məşğul olan ailə təsərrüfatlarının əlaqələndirilməsi üçün “Koordinasiya qrupu”nun yaradılması;

Bibiyanı kəndində turizm təsərrüfatı ilə məşğul olan evlər haqqında məlumat və fotoları əks etdirən bukletin hazırlanması və yayılması.

Təlimlər
Qadınlar üçün hər qrupda 10 nəfər olmaqla 5 təlim təşkil ediləcək. Təlimlərdə iştirakçılar:

Qadın liderliyi, qadın hüquqları və onların müdafiə mexanizmləri;

Vergi qanunvericiliyi və turizm sahəsində maarifləndirmə (o cümlədən qonaqlama xidməti);

Turizm təsərrüfatında təcrübə mübadiləsi kimi mövzularla tanış olacaqlar.

Layihənin sonunda “Koordinasiya qrupu” yaradılacaq. Bu qrup gələcəkdə ailələrin turistlərə yüksək səviyyəli xidmət göstərməsinə şərait yaradacaq. Bundan başqa, kəndin turizm potensialını əks etdirən, görməli yerlər və turist təsərrüfatları barədə məlumatlı buklet çap olunaraq paylanacaq.

Gözlənilən nəticələr

Monitoring nəticəsində qadınların turizm fəaliyyətində ehtiyacları müəyyənləşdiriləcək və təlimlərlə qarşılanacaq;

Qadınlar liderlik bacarıqları qazanacaq, hüquqlarını və onların müdafiə mexanizmlərini öyrənəcək, özünəinamları artacaq;

Vergi qanunvericiliyi ilə tanışlıq qadınların fəaliyyətlərini qanun çərçivəsində qurmasına və gələcəkdə sosial təminat hüquqlarının möhkəmlənməsinə imkan yaradacaq;

“Koordinasiya qrupu” kənddə turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək;

Bukletin yayılması turistlərin diqqətini Bibiyanı kəndinə cəlb edəcək, turist axınına səbəb olacaq.

Layihə çərçivəsində keçiriləcək təlimlər zamanı video və foto çəkilişlər aparılacaq, iştirakçılara dəftərxana ləvazimatı təqdim olunacaq və çay fasilələri təşkil ediləcək.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Avqust 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see149

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri