Icma.az
close
up
RU
Qadınlıq borcunu yerinə yetirmədi ... Ana olmaq təzyiqi cəmiyyətin qadınlara qarşı görünməyən zorakılığıdır

Qadınlıq borcunu yerinə yetirmədi ... Ana olmaq təzyiqi cəmiyyətin qadınlara qarşı görünməyən zorakılığıdır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda qadın olmaq, bəzən sadəcə qadın olmaq deyil, ana olmağa məcbur edilmək deməkdir. Qız uşaqları daha uşaqlıqdan “sabah sənin də övladın olar” deyə böyüdülür, qadınlar isə evləndikləri andan “uşaq nə vaxt olacaq?” sualına məruz qalırlar. Bu, cəmiyyətin ən sakit, amma ən dağıdıcı zorakılıq formalarından biridir. Emosional və sosial təzyiqin “ana olmalısan” adı altında normallaşmasıdır.

Qadın ana olmasa belə, ondan ana kimi düşünmək, ana kimi davranmaq, ana kimi yaşamaq gözlənilir. İş yerində, ailə içində, hətta sosial mediada belə qadınlara yönələn mesaj eynidir: “Sənin həyatının mənası ana olmaqdır”. Bu, təkcə bioloji rolun ideallaşdırılması deyil, qadının şəxsiyyətinin, arzularının və fərdi kimliyinin ikinci plana atılmasıdır. Cəmiyyət sanki qadının “tam” olması üçün ana olmasını şərt qoyur.

Əgər bir qadın ana olmaq istəmirsə və ya ola bilmirsə, onun üzərinə görünməz ittihamlar yağır.

“Qadınlıq borcunu yerinə yetirmədi”, “Uşaqsız qadın həyatdan nə anlar?”, “Yaşı keçir, hələ də uşaq yoxdur?

Belə cümlələr cəmiyyətin dərinliyinə hopub. Halbuki heç kim qadının tibbi, psixoloji, maddi və ya şəxsi səbəblərini bilmir. Amma bu cəmiyyətdə səbəblər yox, nəticə maraqlıdır, yəni “uşağı var, ya yox?”

Psixoloqların fikrincə, ana olmağa məcbur edilən qadınlarda özünə qarşı neqativ münasibət, depressiya və özgüvən itkisi yaranır. Ən faciəli hal isə odur ki, bu təzyiq sevgi pərdəsi altında edilir. “Uşaq sənin üçün xeyirdir”, “Sabah peşman olarsan” – kimi cümlələr, zahirən qayğı kimi görünür, amma qadının şəxsi sərhədlərinə müdaxilədir. Bu, zorakılığın ən zərif, amma ən dağıdıcı formasıdır. Sənin yerinə qərar verən sevgi...

Avropada və Skandinaviya ölkələrində qadının ana olub-olmaması şəxsi seçim kimi qəbul edilir. Məsələn; İsveçdə və Danimarkada “childfree” qadınlara qarşı sosial qınaq yoxdur, əksinə, dövlət qadınların fərdi inkişafını dəstəkləyir. Fransada isə qadınların ana olma yaşı ortalama 32-dir, yəni tələsmirlər, çünki həyat təkcə bioloji instinkt deyil, sosial balans məsələsidir. Bizdə isə vəziyyət fərqlidir. 25 yaşını keçən hər qadına “gecikdin” deyilir. Sanki qadının dəyəri uşağın doğulma tarixi ilə ölçülür.

Ən maraqlısı odur ki, cəmiyyət həm “uşağın yoxdur” deyə qınayır, həm də ana olan qadına dəstək vermir. Karyerasını davam etdirmək istəyən ana “evladını qoyub işləyir” tənqidinə tuş gəlir, evdə qalmaq istəyən ana isə “evə qapandı” deyə damğalanır. Yəni qadın nə etsə də, biri mütləq narazı qalır.

Ana olmaq qadının arzusu olanda gözəldir, amma borcu olanda zəncirdir. Cəmiyyət qadınların ana olmaqdan imtina etməsini günah saymaqdansa, onların seçim haqqını tanımalıdır. Qadın insan olaraq dəyərlidir, ana olaraq yox. Əgər bir qadın özünü ana kimi yox, fərd kimi həyata keçirmək istəyirsə, bu, onun gücsüzlüyü deyil, şüurlu azadlığıdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri