Icma.az
close
up
RU
Qafqaz Universitetinin rektoru: Qəbələ Zirvə Görüşü vahid tük ailəsinin formalaşdırılmasında siyasi iradəni nümayiş etdirdi

Qafqaz Universitetinin rektoru: Qəbələ Zirvə Görüşü vahid tük ailəsinin formalaşdırılmasında siyasi iradəni nümayiş etdirdi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 10 oktyabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü bünövrəsində xalqların tarixi, mədəni və dil ortaqlığı olan vahid türk ailəsini formalaşdırmaq istiqamətində liderlərin siyasi iradəsini nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin rektoru, professor Hüsnü Kapu deyib.

O, Qəbələ Zirvə Görüşünün nəticələrinin digər məsələlərlə yanaşı, türk dövlətləri liderlərinin 2024-cü il iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi sammiti zamanı əldə edilmiş razılaşmaları möhkəmləndirəcəyinə əminliyini ifadə edib: “Əminəm ki, türk dövlətləri ailəsi sülh, təhlükəsizlik, sabitlik, inkişaf, rifahın artması naminə birləşəcək”.

Rektorun sözlərinə görə, Qəbələ Zirvə görüşünün nəticələri rabitə, nəqliyyat və logistikanın inkişafı kontekstində də böyük əhəmiyyətə malikdir. “Biz səmimi olaraq ümid edirik ki, Azərbaycanda aparılan müzakirələr Zəngəzur dəhlizinin işə salınmasının sürətləndirilməsinə, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının tam açılmasına mühüm təkan verəcək”, -deyə professor qeyd edib.

O, həmçinin regionda daha dərin iqtisadi əməkdaşlığa təkan verəcək təhsil, ticarət, turizm və nəqliyyat sahələrində investisiyaların daha da stimullaşdırılmasının vacibliyini vurğulayıb.

Hüsnü Kapu keçən ilin sentyabrında Astanada fəal müzakirə TDT ölkələri arasında maliyyə əməkdaşlığının vacibliyini də qeyd edib. O əlavə edib: “Maliyyə əməkdaşlığı həm də texnoloji və kommunikasiya sektorlarında inkişaf və qarşılıqlı inteqrasiya üçün əsas təşkil edir, həm də investorların mühüm məlumatlara çıxışını asanlaşdırır”.

Rektor ümidvar olduğunu bildirib ki, Türk dünyasında ali təhsil sistemləri üçün ortaq platforma sürətlə formalaşacaq. “Bu təşəbbüs türk dövlətlərinin gəncləri üçün fəal qarşılıqlı təmaslar qurmaq, gələcəyə ümumi baxış formalaşdırmaq və ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin gücləndirilməsi istiqamətində səyləri stimullaşdırmaq imkanı verəcək”, -deyə o bildirib.

Professor bu kontekstdə “türk xalqlarının mədəni inkişafında dönüş nöqtəsi olacaq” ortaq türk əlifbasının qəbul edilməsinin vacibliyini vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri